Xınanın Zərəri Varmı? - MÜTLƏQ Belə Hazırlayın

Paylaş
7 İzlənmə
1 Həftə Öncə

#BirBax #Xına #Kına
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83
Qədimdə xınanın köməyi ilə yaralar, xoralar, dəri xəstəlikləri müalicə olunurdu. Belə hesab olunurdu ki, xına kişilərdə potensiyanı (kişi gücü) artırır.

Müasir təbabətdə də xına müalicəvi vasitə kimi geniş istifadə ounur. Xına Hindistanda, İranda, Misirdə və bəzi digər ölkələrdə bitən lavsoniya kolununun qurudulmuş və xırdalanmış yarpaqlarından hazırlanır. Bu tam təbii vasitədir.

- Xına müxtəlif saç və baş dərisi problemlərində istifadə olunur. Daim istifadə olunduqda xına kəpəkdən azad edir, saçları daha canlı, möhkəm, parlaq və sağlam edir. Xına saçların tökülməsini azaldır, saçları bərpa edir.

Əgər siz saçlarınızın rəngini dəyişmək istəmirsinizsə, rəngsiz xınadan istifadə edin. Bu xına lavsoniya bitkisinin gövdələrindən hazırlanır və saçlara boyayıcı effekt vermir. Rəngsiz xına baş dərisinin iltihabları, qıcıqlanması, saçların tökülməsi zamanı istifadə olunur. Quru saçlar və quru baş dərisi zamanı xınanı su və gənəgərçək yağı ilə (yarıbayarı), yağlı saçlar və yağlı baş dərisi zamanı su ilə yaxşı qarışdırılır (xama kimi alınmalıdır). Xınanı saçlara çəkin, əvvəl plyonka, sonra isə dəsmalla bükün və 2-3 saat ərzində saxlayın. Sonra isə yuyun.

Rəngsiz xına adətən heç bir allergik reaksiyalara səbəb olmur və istənilən saçlar və baş dərisi üçün istifadə oluna bilər.

- Rəngsiz xına müxtəlif kiçik yaralar, sıyrıntılar, dabanlarda çatlar, diatez, ekzema, dermatit və s. dəri xəstəlikləri zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər. Bunun üçün xına isti su ilə qarışdırılır (xama kimi alınmalıdır), pambıq parçaya çəkilir və dərinin zədələnmiş hissəslərinə qoyulur.

- Xına (həm rəngli, həm rəngsiz) baş ağrıları zamanı da çox yaxşı kömək edir. Xınanı suda həll edin və saçlara və baş dərisinə çəkib plyonka və dəsmalla bağlayın və uzanın. 30 dəqiqədən sonra başınızı yuyun.

- Büzücü və iltihabəleyhinə təsirə malik olan xına müxtəlif ağız boşluğu və damaqlar iltihabları zamanı istifadə olunur - 1 çay qaşığı xına 1 stəkan isti suda həll olunur, 1/2 saatdan sonra yaxşı süzülür və qarqara kimi istifadə olunur.

- Xına göbələk infeksiyası ilə mübarizə aparır. Ayaqlarınızda göbələk varsa, xınanı suda həll edib ayaqlara çəkin. Pis ayaq qoxusu zamanı da xına istifadə olunur - pis qoxuya səbəb olan mikrobları, göbələkləri öldürür, dərini qurudur.

- Bel, oynaqlar ağrıları zamanı xınanı su və zeytun yağı ilə (yarıbayarı) qarışdırın (qatı xama kimi alınmalıdır), 10 dəqiqə saxlayın, pambıq əskiyə çəkin və ağrıyan hissəyə qoyub 30 dəqiqədən sonra götürün.

Nəzərinizə çatdıraq ki, rəngli xına allergiyaya səbəb ola bilər və bu səbəbdən istifadə etdikdən əvvəl xınanı dərinin kiçik hissəsinə çəkin və reaksiyanın olub-olmamasına fikir verin.
xına mahnıları,xınalıq kəndi,xına hazırlanması,ağ xına,xına saç düzümleri,saça xına qoymaq,xına qoymaq,xına nece qoyulur,qara xına,qızıma xına yaxdıdı,fitoton qara xına,xına nasıl yapılır,saça xına necə qoyulur,sabi orudjeva xına,xınanın faydası,xınanın hazırlanma qaydası,kına hazırlama,kınanın faydası,xınanın zərəri,xınanın faydalari,xinanin xereri,xina nedir,henna,kina,kinanin faydasi,kina yakma,bir bax xına,xeyale xina,xəyalənin saatı

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması