Körpələrə su vermək olmaz! - Həkimdən açıqlama

Paylaş
12 İzlənmə
1 Ay Öncə

Həkim-Pediatr Dr Kənan Qarayev
Tel: 050 587 18 48
Facebook: https://www.facebook.com/Dr-K%C9%99nan-Qarayev-Pediatr-928725953839787/
İnstaqram: dr.kenan_qarayev

Yeni doğulmuş, südəmər körpəyə su vermək körpəyə nə dərəcədə düzgün olması sualı bir çox
anaları maraqlandırır və bu, son dərəcə ciddidir, çünki körpənin kövrək orqanizminə təkcə su
çatışmazlığı deyil, həm də suyun həddən artıq olması ziyan vura bilər. Bu barədə, ən azı, o
səbəbdən düşünməyə dəyər ki, körpələrə su verməyin düzgün olub-olmaması haqqında
Ümumdünya Səhiyyə Təşkilatının rəsmi rəyi belədir:
əgər uşaq sağlamdırsa və normal qaydada çəki toplayırsa, 6 ayınadək ona ana südündən savayı
heç bir maye içirmək lazım deyil.
30 il bundan əvvəl bu rəy o qədər də ağlabatan olmazdı. İndi isə, əksinə – bu, hər kəsə tövsiyyə
olunur.
Bəs həqiqətdə necədir? Həmişəki kimi, ortaq məxrəcə gəlmək lazımdır. Odur ki, hətta sağlam
körpələrin də ən müxtəlif xüsusyyətlərə və tələbatlara malik olduğunu nəzərə alaraq, yekun və
təbii ki, şüurlu qərarı valideynlər verməlidir.
Aşağıda, südəmər körpəyə su verməyin lehinə və əleyhinə bir neçə faydalı fərziyyə göstərilir:
Su nəyə görə lazım deyil?
Körpənin ana südü ilə əmizdirilməsi təbiətin yeni doğulmuş insana bəxş etdiyi ən təbii və beləliklə
də, ən faydalı prosesdir. Tam şübhəsiz ki, ana südü əmən körpə təkcə qida yox, həm də maye
qəbul etməlidir. Buna görə də, təsadüfi deyil ki, ana südünün 88%-dək hissəsini su təşkil edir və 4
ayadək körpə, hətta azacıq xəstə olsa da belə, əlavə suya ehtiyac duymur. Ən yaxşısı, körpəyə
tez-tez döş verməkdir.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun