QARABAĞDA MÜHARİBƏ BAŞLAYIR? - Ərdoğanla Putin RAZILAŞMADI

Paylaş
7 İzlənmə
2 Ay Öncə

#Erdoğan #Qarabağ #Muharibe
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83
Ərdoğan Şuşadan qayıtdıqdan sonra demişdi ki, rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Onun açıqlamasının üstündən bir aydan çox vaxt keçib, lakin hələ də onlar görüşməyiblər.

Zəngəzur məsələsindən sonra cəbhədə atışma səslərinin yenidən baş qaldırması fonunda qarabağ müharibəsinin taleyində rol oynayan iki ölkə rəhbərinin görüşməməsi ağıllarda sual doğrur. Nə baş verir?

Siz bir bax kanalındasınız, diqqətiniz bizdə olsun.

Ərdoğanla Putinin “saat əqrəblərini tutuşdurması”nı zəruri edən isə indi həm də Qərbin, özəlliklə Fransanın Qarabağ mövzusu ətrafında fəallaşması, Ermənistandan “peşka” kimi istifadə edib regiona “arxa qapıdan” girmək istəməsidir.

Bəs iki liderin görüşü tezliklə reallaşa və bölgədəki duruma hansı pozitiv təsirləri göstərə bilər?

Putin Ərdoğanla görüşməlidir. Nə üçün? Buna xüsusilə Rusiyanın ehtiyacı var. Rusiya maraqlarının Cənubi Qafqazda nəzərə alınmasının bir yolu var. Bu da Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdır. Paşinyan onsuz da bir gün ”Merinin uşaqlarına" qoşulmaq arzusu ilə alışıb yanır. Çünki narıncı layihənin sonuncu adamıdır. Layihənin tamamlanması üçün ruslarla “boşanmaq” lazımdır.

Ruslar istəyirlər ki, Cənubi Qafqazdakı monopoliyanı özləri qursunlar. Amma bu mümkün deyil. Çünki buna resursları yoxdur. Ona görə bölgədə “urvatlı qalmaq” siyasəti üzərində işləyirlər. Bu Azərbaycan və Türkiyə ilə tərəfdaşlıq, Ermənistanda isə təzyiq edən müxalifət kimi qalmaqdır.

Biz hadisələri nəzarətdə saxlamalıyıq. Ona görə Ərdoğan və Putin birgə işləməlidir. Bu qarşılıqlı sevgidən deyil, keçici maraqlardan doğur.

Bəs bu maraqlar regiona nə verəcək? İlk növbədə Azərbaycana milli dövləti gücləndirmək imkanı verəcək. Amma bir şərtlə, ruslar maddi və maliyyə proyektlərində iştirak edəcək, burada kolon şəbəkəsi qurmayacaqlar.

İndi də gələk müharibə onunsuna. Cəbhədə yaşanan olaylar fonunda bəzi ekspertlər yenidən müharibənin başlayacağını iddia edirlər. bu nə dərəcədə realdır?

Azərbaycan-Ermənistan sərhəddində müharibə ehtimalından başlayaq. Baş verən son gərginliklər, intensiv atışmalar Qarabağda ağır mənəvi-psixoloji zərbə almış ermənilərin yalnız özünüqoruma instinkti ilə izah etmək olmaz.

Sərhəddə gərginlik təkcə Ermənistanın işi deyil, erməni havadarları olan ölkələrin burada birbaşa barmağı var. Konkret olaraq, Fransa və Amerikanın. Biz o gerçəyi də qəbul etməliyik ki, indi Qarabağda da, Ermənistan sərhədində də süni gərginlik təkcə Bakıya qarşı yönəlməyib. Bu gərginliyə həm də Qərbin Rusiya, eləcə də Türkiyə ilə “hesablaşması” konteksində baxılmalıdır. Rusiyanın Qarabağ müharibəsində açar rolu oynaması, Türkiyənin bizə açıq dəstəyi ermənipərəst Qərbin də belini artıq qırıb.

Övladları hərbi xidmətdə olanlar çoxdur, müharibədən sonra onların ürəkləri daha çox səksəkəlidir. Bu səbəblərdən rahat evlərində oturub, cəmiyyətə xoş görünmək üçün “müharibə olacaq” deyəndə bu gerçəkləri gözardı etməyək. Onların deməyi ilə əlbəttə ki, müharibə olası deyil. Sözü güllə kimi atanda, gərək onun kimləri yaralaya biləcəyini də nəzərə alasan.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması