Ədalət Şükürovun "Serenada" mahnısı artıq onlayndır.
Ədalət Şükürova YouTube-da abunə ol: https://mikpro.az/a.shukurovyt
Musiqi: Ədalət Şükürov
Söz: İkram Əliyev
Aranjiman: Vasif Arifoğlu, Emil Minyaşev
Əlaqə üçün: info@adaletshukurov.com
http://adaletshukurov.com/az/contact....
Ədalət Şükürovu sosial şəbəkələrdə izlə:
Instagram: https://mikpro.az/a.shukurovig
Facebook: https://mikpro.az/a.shukurovfb
Ədalət Şükürovu rəqəmsal platformalarda dinlə:
Keçid: https://mikpro.az/a.shukurov.dinle
Sözlər:
[Bənd 1]
Sənin pəncərəndə yenə yanmır işıq
Yenə sən evdə, mən küçədə qalmışıq
Qaranlıq gecədə, gözümün işığı
Nə olar, bircə dəfə baxsan aşağı!
[Keçid]
Gecənin bu çağında, sən isti otağında
Nəğmə deyirəm mən sənə bu həyətdə
[Nəqərat]
Səhərəcən pəncərənə baxan mənəm, mən
Səhərəcən bu mahnını oxuyan mənəm
Səhəri gözlərimlə açan mənəm, mən
Dəniz rəngli gözlərdə batan mənəm, mən
Dəniz rəngli gözlərdə batan mənəm, mən
[Bənd 2]
Yaşamaq çətindir, qısadır bu ömür
Gəl barışaq, unudaq biz keçənləri
Dilim səndən başqa bir ayrı söz demir
Kölgəm arxanca gəzir bu küçələri
[Keçid]
Gecənin bu çağında,sən isti otağında
Nəğmə deyirəm mən sənə bu həyətdə
[Nəqərat]
Səhərəcən pəncərənə baxan mənəm, mən
Səhərəcən bu mahnını oxuyan mənəm
Səhəri gözlərimlə açan mənəm, mən
Dəniz rəngli gözlərdə batan mənəm, mən
Dəniz rəngli gözlərdə batan mənəm, mən
[Bənd 3]
Olan oldu, keçdi, sən incimə məndən
Çox itirdim həyatda, heç nə tapmadım
Bir kəlmə şirin söz istəyirəm səndən
Bir imkan ver mənə ömrümə qayıdım
[Keçid]
Gecənin bu çağında, sən isti otağında
Nəğmə deyirəm mən sənə bu həyətdə
[Nəqərat]
Səhərəcən, səhərəcən, səhərəcən
Pəncərənə baxan mənəm, mən
Səhərəcən bu mahnını oxuyan mənəm
Səhəri gözlərimlə açan mənəm, mən
Dəniz rəngli gözlərdə batan mənəm, mən
Dəniz rəngli gözlərdə batan mənəm, mən
Səhərəcən pəncərənə baxan mənəm, mən
Səhərəcən bu mahnını oxuyan mənəm
Səhəri gözlərimlə açan mənəm, mən
Dəniz rəngli gözlərdə batan mənəm, mən
Dəniz rəngli gözlərdə batan mənəm, mən
Ədalət Şükürov tərəfindən ifa olunan "Serenada" parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” MMC tərəfindən qorunur. © 2022
Etiketlər:
#ƏdalətŞükürov #Serenada #mikpro
Videoları qaçırmayın
Videoları qaçırmayın