Çayı Min Bir Dərdin Dərmanı İmiş - Yeməkdən Əvvəl 1 STƏKAN...

Paylaş
15 İzlənmə
2 Ay Öncə

#BirBax #Azerbaycan
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83

Qrip kimi virusların yayıldığı bir dövrdə imdadınıza ancaq itburnu çayı çata bilər. Hələ qədim dövrlərdən insanlar itburnu bitkisini müxtəlif xəstəliklər zamanı dərman əvəzi kimi istifadə ediblər. Bu gün bir bax kanalında ev şəraitində asanlıqla hazırlaya biləcəyiniz, çox faydalı itburnu qarışımı ilə tanış olacaqasınız
Diqqətiniz bizdə olsun
İtburnunun tərkibi A, B1, B2, P, K və C vitaminləri, zülal, minerallar, potasyum, sodium, maqnezium, kalsium və fosforla zəngindir.
Əvvəlcə itburnundan dəmlənmiş çayın faydalarına nəzər salaq
İmmuniteti gücləndirir
İltihabi proseslərin qarşısını alır
Soyuqdəymə zamanı olduqca xeyirlidir
Sinir sistemini sakitləşdirir
Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır
Mədə ağrılarını götürür
Bağırsaqların təmizlənməsinə kömək edir
Ürək damar xəstəlikləri üçün faydalıdır
İştahanı açır
Qan təzyiqini aşağı salır
Maddələr mübadiləsini normallaşdırır
Sidikqovucu xassəyə malikdir
Orqanizmin ümumi tonusuna müsbət təsir göstərir
İtburnu çayını hazırlamaq üçün iki qaşıq itburnu meyvəsini xırda hissələrə bölmək, üzərinə 250 qram qaynar su əlavə edərək 10 dəqiqə dəmdə saxlamaq lazımdır. İstifadə zamanı zövqə uyğun az miqdarda şəkər tozu yaxud bal da əlavə etmək olar.
İtburnu bitkisindən arıqlamaq üçün də istifadə etmək olar. Bunun üçün 1 litr qaynar suya 3 xörək qaşığı itburnu meyvəsi əlavə etməli və 12 saat saxlanılmalıdır. İki həftə ərzində hər gün yeməkdən 30-40 dəqiqə qabaq bir stəkan içməklə istənilən nəticəni əldə etmək olar.
Hamilə qadınların itburnu bitkisinin çayından istifadə etmələri məsləhətdir. Gələcək analar bununla orqanizmlərinin müqavimətini gücləndirərək müxtəlif viruslardan özlərini qorumuş olarlar. Xanımlara gün ərzində 1-2 stəkan itburnu çayı yaxud dəmləməsi kifayətdir.
Xüsusilə qış fəsillərində itburnu bitkisindən müntəzəm istifadə etmək daha xeyirlidir. Bu ərəfədə orqanizmin vitaminlərə olan tələbatının bir qismini itburnu bitkisi ilə təmin etmək mümkündür.
Digər faydalı bitkilər kimi itburnundan da qədərində istifadə etmək lazımdır. Xüsusilə mədə xorası olan insanlar bu bitkidən məhdudiyyətlə istifadə etməlidirlər.
Soyuqdəymə və qripp xəstəlikləri zamanı itburnu çayı xəstənin vəziyyətini yüngülləşdirir, sağalmanı tezləşdirir.
İtburnu çayı hazırlamaq üçün 1 xörək qaşığı itburnu meyvəsi üçün 1 stəkan qaynar su götürülür. İtburnu meyvələrini dəmləndikdən əvvəl həvəngdəstədə yaxşı əzmək lazımdır. Çayı axşamdan termosda dəmləyin, səhər isə bir neçə dəfə steril tənzifdən süzün. Bu çox vacibdir. Məsələ burasındadır ki, itburnunun içərisində kiçik tükcüklər var ki, bu tükcüklər mədə-bağırsaq sisteminə düşdükdə, onu qıcıqlandıra bilər.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması