GİZLİ İNFARKTIN ƏLAMƏTİ - Qəfil Ölüm Belə Gəlir...

Paylaş
5 İzlənmə
1 Həftə Öncə

#BirBax #İnfakt #İnfarkt
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83
Sinədə kəskin ağrı, qan təzyiqinin yüksəlməsi, qəfil təngənəfəslik. Biz infarktın əlamətlərini bu cür təsəvvür edirik. Lakin infarkt heç gözləmədiyimiz anda, gizli baş verə bilər.
Pilləkən qalxarkən təngənəfəs olursunuz? Bu videonu sona kimi izləyin. Ürəyinizdə problem olub olmadığını tam dəqiqliklə biləcəksiniz.
Videoya keçməzdən əvvəl aşağıda yerləşən bəyən düyməsinə basaraq bizə dəstək ola bilərsiniz.

Əgər siz pilləkənin 60 pilləsini birnəfəsə və bir dəqiqədən də az müddətdə qalxa bilirsinizsə, demək, ürəyiniz və sağlamlığınız normaldır. Bu barədə Avropa Kardiologiya Cəmiyyətinin konfransında təqdim olunan yeni araşdırmada deyilir. Tədqiqat müəllifləri ürək sağlamlığını qiymətləndirmək üçün sürətli və ucuz metod tapmaq məqsədi güdüblər. Elə bir metod ki, onun vasitəsilə ürəkdə hansısa bir xəstəliyin olması olması dərhal bilinsin. Və pilləkən testi tapılıb.

“Pilləkən testi - ürək sağlamlığını yoxlamaq üçün asan bir yoldur. Əgər sizə dörd bölümü qalxmaq üçün dəqiqə yarımdan (90 saniyədən çox) artıq vaxt lazımdırsa, demək ki, səhhətiniz kifayət qədər yaxşı deyil və bu vəziyyətdə mütləq həkimə müraciət etməlisiniz”. Bunu La-Korune Universitet Xəstəxanasının həkimi Xesus Pedeyro bildirib.

Kardioloqlara görə, pilləkən qalxarkən sinə nahiyəsində göynəmə, ağrı hissi, sinədə sıxıntı və ürək çırpınması müşahidə olunarsa, bu ürək xəstəliklərinin ciddi xəbərçisi ola bilər. Çünki fiziki aktivliyin artması hesabına ürəyin də işi artmış olur və əgər ürəyinizi qidalandıran damarlarda (karonar damarlarda) hər hansı darlıq olarsa, özünü məhz sadalanan əlamətlərdə büruzə verəcək.

Kəskin ürək tutmasından xəbər verən başqa əlamətlər də var - qolda və ya boyun ətrafında sancılı ağrı, başgicəllənmə, bol tər. Bəs, ürək tutması aşkar əlamətlər olmadan, heç xəstənin özünün də hiss etmədiyi şəkildə baş verirsə?



Harvard Universitetinin araşdırması göstərib ki, bu hala həkimlərin təxmin etdiyindən xeyli çox rast gəlinir. Kəskin ürək tutmalarının az qala yarısı (45%-i) sakit və ya hiss edilməyən infarkt olaraq meydana gəlir və daha çox kişilərdə olur.



Əlamətləri o qədər zəif və qısamüddətli ola bilir ki, onu adi diskomfortla və ya daha az təhlükəli digər problemlə qarışıq salırlar, buna görə də kişilər belə hallara çox vaxt ciddi yanaşmırlar" - Harvard Universitetin professoru Corc Platski belə deyir.

Məsələn, yorğunluğu və fiziki diskomfortu kişilər bir çox hallarda çox işləməklə, pis yatmaqla və hətta orqanizmin yaşla bağlı dəyişiklikləriylə izah edirlər. Boğazdakı və sinədəki zəif ağrını isə onlar mədə turşuluğunun və ya həzm probleminin əlaməti kimi qiymətləndirirlər.

Bundan başqa, çox vaxt ağrının məhz hansı nahiyədə olduğunu müəyyənləşdirmək də çətin olur. Məsələn, döş qəfəsinin sol tərəfindəki kəskin ağrı, böyük ehtimal, sizdə infarkt şübhəsi yaradacaq, ancaq "sakit infarkt" bütün sinədə kiçik bir diskomfort hissiylə də müşayət oluna bilir.

Həyəcanlı əlamətlər və narahatlıq üçün əsaslar:

Döş qəfəsinin ortasında bir neçə dəqiqə davam edən və ya tez keçən, amma təkrarlanan diskomfort (kiçik ölçüdə ağrı hissi);
Bədənin yuxarı hissəsində ümumi ağrı - məsələn, ya bir əldə, ya da hər iksində; kürək, qarın, boyun və alt çənə nahiyələrində xoşagəlməz hissiyyat;
Döş qəfəsindəki xoşagəlməz hissiyyatdan sonra yaranan təngənəfəslik;
Qəfil soyuq tər, başgicəllənmə və ürəkbulanma.
Professor Platski xəbərdar edir ki, "Bəzən həm infarkt zamanı, həm də ondan sonra insan özünü son dərəcə normal hiss edir - bu, həyəcanlı siqnalların hiss edilməyəcəyi riskini artırır".



Kişilər risk qrupundadırlar
Alimlər 45-84 yaş aralığandakı əvvəllər ürək-damar xəstəlikləri keçirməmiş 2000 qadın və kişini müayinə ediblər və 10 il sonra onların ürəyini təkrar MRT-dən keçiriblər. İştirakçıların 8%-nin ürəyində miokard infarktının əlaməti olan çatlar aşkar edilib, onların 78%-nin ürək tutmasından xəbəri olmayıb.

Kişilərdə qadınlardan beş dəfə çox "sakit infarkt" faktı aşkar edilib. Araşdırmanın nəticələrinə görə, infarkt riskini yaradan faktorlar adi infarktda olanlarla eynidir - siqaret, artıq çəki, hərəkətsizlik, yüksək təzyiq, xolesterin və diabet.

"İnfarktdan sonra ürək pis işləməyə başlayır, onda çatlar əmələ gəlir. "Sakit infarkt" keçirmiş pasientlər həkimə dərhal müraciət etmədikləri üçün onlarda təkrar və daha ciddi ürək tutması riski artır" - Corc Platski belə deyir.

Kişilərdə infarkt bəzən bir neçə həftə, hətta bir neçə ay sonra aşkar edilir - növbəti tibbi müayinə zamanı və ya xroniki yorğunluq, təngənəfəslik və mədə qıcqırması şikayətlərinə görə xəstəxanya gedəndə.

Amma infarktı müəyyən etmək çətin deyil - bir çox hallarda adi kardioqram və ya ürəyin ultrasəslə müayinəsi kifayət edir. Daha bir sadə üsulsa qanda ürək əzələsi hüceyrələrinin zədələnməsi zamanı əmələ gələn spesifik zülalın (troponin T) olub-olmadığını yoxlamaqdır.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması