Məşhur milyarder Elon Maskdan təəccüblü açıqlama - YADPLANETLİLƏRLƏ....

Paylaş
12 İzlənmə
1 Həftə Öncə

Elon Mask yadplanetlilər haqqında doğruları danışdı
Hələ neçə il bundan əvvəl Elon Mask yadplanetlilərin mövcudluğuna kifayət qədər
şübhəylə yanaşırdı. O, ehtimal edirdi ki, yad planetlərdə həyat mövcud olsa belə,
əlimizdə bunu sübut edəcək konkret elmi faktlar yoxdur. Amma sonradan o,
yadplanetlilər haqqında fikrini dəyişib. Bunu eşitmək lazımdır.
2019-cu ildə Elon Mask yadplanetlilər haqqında danışarkən bunları deyib:
“Bəlkə də, həyatın başqa forması var. Amma biz, hələ ki, onun hansısa əlamətini
görməmişik.”
Mask əlavə edib ki, əgər Yerdən kənardakı həyat var olsaydı, bu haqda ilk
məlumat alanlardan biri məhz özü olardı. O, “51-ci zona” barədə də fikirlərini bölüşüb.
Yadınızdadırsa, 2019-cu ildə ABŞ vətəndaşları “51-ci zona”dakı hərbi bazanı hücumla
ələ keçirməyə çalışırdılar. Onlar düşünürdülər ki, hərbi bazada yaplanetlilər saxlanılır və
onların üzərində müxtəlif sınaqlar həyata keçirilir. Elon Mask baza haqqında söylənənləri
“kiminsə pis zarafatı” adlandırıb və vətəndaşların hücum cəhdinə skeptik yanaşıb.
Bu yaxınlarda Elon Mask qrafiklər yayınladı. Burada bəşəriyyətin və
yadplanetlilərin təkamülü göstərilib. Qrafiklərdə yüksək intellektli yadplanetli həyat
təkzib edilir. Və göstərilir ki, insan daim inkişafda olsa da, Yerdən kənardakı həyat
durğundur. Amma bəzi insanlar milyarderin fikri ilə razılaşmır. Sosial şəbəkə
istifadəçiləri yadplanetli həyatın mövcudiyyətini sübut edəcək foto və video materiallar
paylaşıb. Onlar Elon Maskı lağa qoyublar. Hətta bir nəfər yazıb: “Yadplanetlidən elə bu
cavabı gözləmək olardı.” Bax, indi maraqlı məqama yaxınlaşırıq. Elon Mask
müsahibəsində bu iddianı təkzib etmir və bəyan edir ki: “Mən yadplanetliyəm”. Bu
sözləri Mask bir neçə dəfə dilə gətirib.
“Becouse, I am alien”. (“Çünki mən yadplanetliyəm”)
2021-ci ilin aprelində Elon Mask tvitterdə ondan: “Sən yadplanetlisən?”-deyə
soruşan izləyicisinə cavab olaraq yazmışdı: “Bu, aydındır.” Bəlli deyil, milyarder zarafat
edir, yoxsa ciddidir? Belə ki, Maskın özü yadplanetlilərin bizim planetdə, bizim
simamızda ola biləcəyini təkzib etmir. Məsələn; 2020-ci ildə o, belə bir tvit atmışdı:
“Misir piramidalarını yadplanetlilər tikib.” Hətta o, əlavə etmişdi ki: “Firon II Ramzes
yadplanetli idi.”
Bu, bir faktdır ki, Xeops piramidası 8 min il ərzində “dünyanın ən hündür tikilisi”
statusunda qalıb. Qeyd edim ki, Misir piramidalarının yadplanetlilər tərəfindən tikilməsi
ideyasını səsləndirən təkcə Elon Mask deyil. Amma fironların hansınınsa yadplanetli
olması fikri nadirən kiminsə ağlına gəlir. Hərçənd, bu açıqlamaların hamısı heç də
inandırıcı təsir bağışlamır. Nəzəriyyəçilər hesab edir ki, bu ehtimal doğru ola bilər.
Bu yaxınlarda nəzəriyyəçilər iddia etdilər ki, təkcə II Ramzes yox, Tutanhamonun
atası Exnaton da yadplanetli olub. Onlar indiyə qədər qorunmuş, bizə gəlib çatmış
arxeoloji nəsnələri tədqiq edərək bu fikrə gəliblər. Nəsnələrdə Exnatonun təsvirini tədqiq
edən nəzəriyyəçilər onun üz quruluşuna, domba gözlərinə və uzunsov kəllə sümüyünə
diqqət çəkirlər. Təsvirlərdən birində Exnaton günəşə bənzər diskə sitayiş edir. Bu disk
“uçan boşqab”a oxşayır.
Təəccüblü deyil ki, Elona inanan insanların sayı günbəgün çoxalır. Onun
açıqlamarı doğru ola bilər. Amma misirşünaslar bu deyilənlərlə razılaşmırlar. Hətta onlar
“qalmaqallı tvitlər”dən sonra Elonu Misirə dəvət etmişdilər ki, necə yanıldığını öz gözləri
ilə görsün.
Tamam, bütün bunları milyarderin şıltaqlığı kimi yozmaq olar. Elon Maskın
zarafat etməyi sevdiyi sirr deyil. Baxaq görək, o, yadplanetlilər haqqında daha nələr
söyləyib.
“Fermi paradoksu”.
Kainatın 14 mlrd ildən artıq yaşı var və o, özündə inanılmaz sayda planetləri
ehtiva edir. Sual meydana çıxır: “Yadplanetlilər hardadır?” Bu, ən həyəcanverici sualdır.
Məncə, cavab “Fermi paradoksu”nda gizlidir. Elon Mask yadplanetlilərin mövcudluğu ilə
bağlı düşüncələrini məhz bu formada dilə gətirir. Demək lazımdır ki, “Fermi paradoksu”
bizə lazım olan cavabı verməyə qadirdir: Yadplanetlilər mövcuddur, yoxsa yox?
Daha dəqiq desək, “Fermi paradoksu” bizə niyə indiyə qədər yadplanetlilərin
mövcudluğu haqqında faktların olmamasının səbəblərini izah edir. “Fermi paradoksu”nun
məğzi milyarderin səsləndirdiyi kimidir. Niyə biz yadplanetlilərin fəaliyyətini görmürük,
yaxud onların mövcudluğuna dair konkret bir əlamətlə qarşılaşmamışıq? Axı milyard
illər ərzində onlar bütün kainatı ələ keçirə bilərdilər. “Niyə biz yadplanetliləri müşahidə
edə bilmirik?” sualını, yəni, “Fermi paradoksu”nu izah etmək üçün bir neçə nəzəriyyə
mövcuddur.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması