Prezidentin yumoru: İlham Əiyevin Davosda geoiqtisadi zarafatı

Paylaş
8 İzlənmə
1 Həftə Öncə

Prezident İlham Əliyev Davos Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı zamanı maraqlı “geoiqtisadi” zarafat edib.

Azərbaycandan Avropaya uzanan enerji dəhlizindən danışarkən dövlət başçısı iştirakçıların oturma ardıcıllığına işarə edərək deyib ki, “Yeri gəlmişkən görüşümüzə başlayanda mən bizim boru kəmərinin istiqaməti üzrə əyləşdiyimizi gördüm”.

Məsələ ondadır ki, İlham Əliyevin sol tərəfində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, onun solunda Türkiyənin “Limak” Şirkətlər qrupunun rəhbəri Ebru Özdemir, daha sonra Avropa İttifaqının büdcə və administrasiya üzrə komissarı Yohannes Han əyləşmişdilər.

Panelin moderatoru özünün Çex Respublikasından olduğunu deyəndə İlham Əliyev bildirib ki, xeyr, boru kəməri Azərbaycandan başlayır - Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması