Ərdoğan ƏN GÜCLÜ Silahını Azərbaycana Göndərəcək - AKINCI

Paylaş
9 İzlənmə
1 Həftə Öncə

#Akinci #Bayraktar #Bayraqdar
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83
44 günlük Qarabağ müharibəsində ermənilərə qan udduran, öz adını Azərbaycan xalqına sevdirən, Qarabağ müharibəsinin gedişatını dəyişən Bayraktar pualarından daha güclü silah gəlir. Bu silah nəinki yerdə, göydə belə qarşısına çıxan hər şeyi məhv edir.

Siz bir bax kanalındasınız. Diqqətiniz bizdə.

“Akıncı” taktiki pilotsuz təyyarəsinin müdhiş qabiliyyətləri haqda “Baykar” şirkətinin texniki işlər üzrə direktoru Selçuk Bayraktar bunları qeyd edir:

Bu pilotsuz təyyarə təkcə yerüstü hədəfləri məhv etmək qabiliyyətinə deyil, o, həmçinin hava sahəsinin mühafizəsi və hava döyüşü aparmaq gücünə də sahibdir. Türkiyəyə qarşı texnologiyada embarqoların qoyulmasına baxmayaraq “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri hazırda 93 faiz yerli sənayenin imkanları ilə istehsal edilir. Bu səbəblə, bu gün heç bir çətinlik çəkmədən “Bayraktar”lar Azərbaycana, Qətərə, “Antonov” kimi dünyanın ən böyük təyyarələrini istehsal etmiş Ukraynaya ixrac edilir. Bir sıra ölkə ilə də ixrac danışıqları aparılır. Pilotsuz təyyarələrin maya dəyərinin əsas hissəsini proqram təminatı və idarəetmə sistemləri təşkil edir. Bu isə türk mühəndislərinin və proqramçılarının məhsuludur.

.“Baykar” şirkətinin 2021-ci ildən seriya istehsalına başladığı “Akıncı” taktiki pilotsuz təyyarəsi isə həm də hava sahəsinin müdafiəsində istifadə olunacaq. “Akıncı” pilotsuz təyyarələri öz döyüş imkanlarına görə “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrindən daha üstündür, 6 ədəd ağıllı raket daşıya bilir. Hava sahənin qorunması baxımından da bu uçuş aparatlarından istifadə etmək daha sərfəlidir. Məsələn, Türkiyənin hava sahəsini qorumaq üçün F-16 təyyarələri müntəzəm olaraq patrul uçuşları həyata keçirir. Bu isə maddi baxımdan xeyli bahalı işdir. Eyni zamanda F-16 qırıcılarının havada qalmaq müddəti də məhduddur.

“Akıncı” PUA-ları bu raketlərlə və radarlarla uzun müddət havada uçuş həyata keçirir və hava sahəsinə nəzarət edir. nəticədə Türkiyə Hərbi Hava Qüvvələrinin imkanlarını genişləndirəcək. Onlar aşkarladıqları hava hədəflərinə “Gökdoğan” və “Bozdoğan” raketləri ilə zərbə endirə biləcək, yəni tam olmasa da qırıcıların funksiyasını yerinə yetirərək hava döyüşü aparacaq. 1350 kiloqram faydalı yük qaldıra bilən “Akıncı” pilotsuz təyarələri dəniz hədəflərini də izləyib məhv etmək qabiliyyətindədir. Sifarişçinin istəyindən asılı olaraq bu pilotsuz təyyarələrin daşıdığı faydalı yükü dəniz hədəflərini məhv edəcək silah sistemləri ilə əvəzləmək olar.

Qeyd edək ki, 44 günlük ikinci qarabağ müharibəsi zamanı Azərbaycan Türkiyədən idxal etdiyi “Bayraktar TB2” PUA larından istifadə edib. İstehsalçısı "Baykar Makina" şirkətinin texnoloji imkanları sayəsində kompleksin bütün detalları yerli və milli marka altında istehsal olunur. Buna görə də Azərbaycanın bu PUA-lardan istədiyi qədər ixrac etməyə imkanı var.

"Bayraktar TB2"-nin uzunluğu 6 metr, kütləsi 650 kiloqramdır. Sürəti 250 km/saat-a qədər qalxa bilir. 8 min metrdən yüksəkliyə qalxa bilən PUA-nın idarəetmə məntəqəsindən 150 kilometr radiusda fəaliyyətinə nəzarət olunur. Dronun faydalı yükü 55 kiloqram olan 4 ədəd lazerlə idarəolunan raketlərdir. Kəşfiyyat, fasiləsiz havadan müşahidə və s. kəşfiyyat tapşırıqlarını uğurla yerinə yetirir.

"Bayraktar TB2" zərbə PUA-sı, quraşdırılan lazer nişangahı ilə hədəfləri yüksək dəqiqliklə nişan alaraq, daşıdığı dörd ağıllı raketlə hədəfi məhv edə bilir. "Bayraktar TB2" hədəfə yaxın ərazilərə zərər verməmək üçün sürətli "gör və məhv et" funksiyasına malikdir. Kompleksin bu xüsusiyyəti mülki əhalinin təhlükəsizliyinin prioritet təşkil etməsinə imkan verir. PUA-nın real zamanda müşahidə və video arxivləmə (BGAM) sistemi yüksək qətnaməli canlı görüntüləri eyni vaxtda çox sayda istifadəçi tərəfindən izlənilməsinə imkan verir.

PUA-nın çəni 300 litr yanacaq tutumuna malikdir. "Bayraktar TB2" idarəetmə radiusundan çıxdıqdan sonra tam avtomatik uçuşa nəzarət edə bilir, 3 ehtiyat avtopolit sisteminə malikdir. Dron yürüstü sistemlərindən asılı olayaraq tam avtomatik qalxma və enmə edə bilir. Əvvəldən müəyyən edilən marşrut üzrə GPS asılılığı olmadan özünün daxili naviqasiya sistemi ilə avtomatik uçuş edə bilir.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun