MÜTLƏQ BAXIN! - Qazi və şəhid çəklişlərinin kadrarxası - GÖYÇAY

Paylaş
6 İzlənmə
1 Həftə Öncə

Demədi Demə kanalı Vətən müharibəsi qəhramanlarını tanıtmaqda davam edir.

QƏhramanları çəkərkən kadrarxası görüntüləri sizə təqdim edirik\


"Göyçay" əsl türk mənşəli söz olub, sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy (mavi) rənginə çaldığına görə belə adlandırılmışdır. Antik dövr müəllifləri Strabon, Ptolomey, Plini və başqaları bu bölgənin təsərrüfat həyatından bəhs edərkən torpaqlarının məhsuldarlığı ilə bərabər burada yaşayan əhalinin taxıl yetişdirdiyini, üzümçülüklə məşğul olduğunu, İberiya ilə Xəzər sahilini birləşdirən Transqafqaz ticarət yolunun bu bölgədən keçdiyini qeyd edib. Göyçay rayonuna məxsus kəndlər ayrı — ayrı tarixi dövrlərdə müxtəlif yerli feodal dövlətlərinin tərkib hissəsi olub. Mənbələrdən Göyçay çayının sağ və sol sahilləri 1025-ci ildən XIV əsrədək Qəbələ mahalına tabe olduğu görünür. Xanlıqlar dövründə Göyçay artıq Şirvanşahların inzibati ərazisinə çevrilib. Bəzi tarixi mənbələrə görə rayon əhalisi, əsasən, XV əsrdə Türkiyədən köçmüş Qaraman bəylərbəyliyinin əhalisi hesabına formalaşmışdır. Göyçay inzibati ərazi vahidi olaraq birinci Rusiya işğalı dövründə (1801–1920) Bakı quberniyasının qərbində yerləşən, quberniya ərazisinin çox böyük hıssəsini əhatə edən və quberniyaya daxil edilən, iki məntəqə, 62 kənd icmasından ibarət olan qəza mərkəzi idi. XIX əsrin 50-ci illərində Şamaxıda baş verən zəlzələdən zərər çəkən əhalinin bir hissəsi Göyçayın ərazisinə köçmüş və bununla da yaşayış məntəqəsi genişlənməyə başlanmışdır. Çar hökumətinin Qafqazda apardığı inzibati islahatlar çərçivəsində 1867-ci ilin dekabr ayında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradıldı. Qəza mərkəzi olan Göyçay yaşayış məntəqəsi isə 1916-cı ildən şəhər adlandırılmışdır. 1918-ci ildə burada türk və erməni qoşunları arasında Göyçay döyüşü baş vermişdir. Göyçay qəzası 1929-cu ildə ləğv edilmişdir. Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar 1930-cu il 8 avqustda Göyçay inzibati rayonu təşkil edilmişdir. Göyçay şəhərinin inkişafı da təxminən XX əsrin 30-cu illərindən başlamışdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göyçaylılar yaxından iştirak etmişlər. Qarabağın Ermənistan silahlı birləşmələrindən azad olunması uğrunda döyüşlərdə göyçaylılar 163 şəhid vermiş, 44 nəfər itkin düşmüş, 106 nəfər əlil olmuşdur.

Coğrafi mövqeyi - Göyçay Azərbaycan Respublikasının tərkibində inzibati rayondur. Rayon respublikamızın mərkəzində Şirvan düzünün şimal hissəsində, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. Rayon ərazisi 40°20' ilə 40°50' şimal enlikəri və 47°40' ilə 48°10' şərq uzunluqları arasında yerləşir.

Göyçay rayonun ərazisi 755,3 km²-dir. Əhalisinin sayı 118271 nəfərdir. (01.01.2017), o cümlədən şəhər əhalisi 32%, kənd əhalisi 68%-dir. İnzibati mərkəzi Göycay şəhəridir ( əhalisi 36,2 min nəfər −2013). Rayon ərazisi şimaldan cənuba təxminən 25 km, şərqdən qərbə isə 42 km məsafədə uzanır. Rayonun mərkəzi Göycay şəhəri Bakı-Qazax magistral yolunun 215 kilometirliyində, Ucar dəmir yol stansiyasının 17,5 km məsafəsindədir.

Göyçay rayonu Kür — Araz ovalığında, Aran iqtisadi rayonu tərkibində olmaqla, şimal-qərbdən İsmayıllı, cənub-şərqdən Kürdəmir, cənubdan Ucar və qərbdən Ağdaş inzibati rayonları ilə həmsərhəddir. Rayonda 1 şəhər, 25 kənd ərazi dairəsi, 55 kənd yaşayış məntəqələri vardır. Əhalinin orta sıxlığı 157 nəfər/ km². Rayonun ən iri yaşayış məntəqələri Göycay şəhəri, Bığır, Ləkçılpaq, Qaraməryəm, Çərəkə, Çaxırlı, İncə və Qarabaqqal kəndləridir.

Relyefi
Göyçay rayonu Azərbaycan Respublikasının mərkəzində, Şirvan düzünün şimal hissəsində Böyük Qafqaz dağlarının ətəklərində yerləşir. Rayon şimaldan cənuba təxminən 25 km, şərqdən qərbə isə 40 km uzanaraq 736 km² sahəni əhatə edir.

Rayon mərkəzi Göyçay şəhəri Bakı-Qazax magistral yolunun 216 kilometrliyində, Ucar dəmiryolu stansiyasından 18 kilometr məsafədə yerləşir. Göyçay rayonu şimal şərqdən İsmayıllı, cənub-şərqdən Kürdəmir, cənubdan Ucar və qərbdən Ağdaş rayonu ilə həmsərhəddir.

Rayon iki geoloji rayona — dağlıq və düzənliyə ayrılır. Dağlıq zonaya Bozdağ Qaraməryəm tirəsini, düzənliklərə isə rayonun qalan ərazisini aid etmək olar. Ərazi geoloji quruluşuna görə Kaynazoy erasının üçüncü dövrünə, düzənlik sahəsi isə həmin eranın IV dövrünə aiddir. Ərazisinin bəzi sahələri isə müasir çöküntülərlə örtülmüşdür. Ümumiyyətlə, rayon ərazisinin bütün səthini gil, gillicəli torpaqlar, bəzən qum kimi çöküntülər 10–15 santimetr qalınlığında qat kimi örtür.

Rayon ərazisindən Göyçay çayı və Yuxarı Şirvan kanalı keçir. Rayonun ərazisi tikinti sənayesində istifadə olunan təbii ehtiyatlarla zəngindir. Göyçay çayı dərəsinin və Cəyirli kəndinin yaxınlığında çay daşı, çınqıl, qum çıxarılır. Rayonun Qarabaqqal kəndinin ərazisində zəngin gil yataqları vardır ki, bundan da yüksək keyfiyyətli kərpic istehsal olunur.




MÜTLƏQ BAXIN! - Qazi və şəhid çəklişlərinin kadrarxası - GÖYÇAY

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması