Ədalət Şükürov tərəfindən Rasim Zəkaya aid olan "Ata" (Dədə, ay dədə) şeirinin ifası.
Ədalət Şükürovun rəsmi YouTube kanalına abunə olmaq üçün: http://bit.ly/Edalet-Shukurov
Söz: Rasim Zəka
Arxa fon musiqi: Taksim Trio & Aytaç Doğan & Hüsnü Şenlendirici & İsmail Tunçbilek - Biçare
Ədalət Şükürova YouTube-da abunə ol: https://mikpro.az/a.shukurovyt
http://instagram.com/adaletshukurov
http://www.adaletshukurov.com
Əlaqə üçün: info@adaletshukurov.com
http://adaletshukurov.com/az/contact.html
Ədalət Şükürovu sosial şəbəkələrdə izlə:
Instagram: https://mikpro.az/a.shukurovig
Facebook: https://mikpro.az/a.shukurovfb
Ədalət Şükürovu rəqəmsal platformalarda dinlə:
Keçid: https://mikpro.az/a.shukurov.dinle
Sözləri:
Ağardı saçlarım dədə ay dədə
Biri görünürsə, biri görünmür
Allah anamın canını sağ eləsin
Amma ki, atamın yeri yaman görünür.
Mən yetim nə qədər dərdi-qəm yeyim,
Halıma bir neçə adam gülübdür.
Kövrəldim, istədim atama deyim,
Yadıma düşdü ki, atam ölübdür.
Nə boyda dərd olar adam başında?..
Təkliyi biləndə alışdım, yandım.
Oturub atamın məzar daşında
Atamın yerinə daşla danışdım.
Nə yaman dərd imiş atasız olmaq?..
İşıqlı dünyada elə yanıram!
O qədər qəbirlə danışmışam ki,
Mən ata sözünü daşdır sanıram.
Allah inciməsə, belə deyərdim,
Dünyada analar ölməyə Allah!
Ömrümün son günü yaxınlaşanda,
Əli Əzrayıla çatmaya Allah!
Anadır müqəddəs atadan qabaq
Evlada qanı tək, canı tək dayaq
Yetim yekələnmək, yetim yaşamaq
Bir insan bilməyə, nə dərddir Allah!
Bu videonun bütün hüquqları “mikpro” MMC tərəfindən qorunur. © 2022
Etiketlər:
#ƏdalətŞükürov #Ata #mikpro
Videoları qaçırmayın
Videoları qaçırmayın