Azərbaycanlıların Başına Oyun Açan ERMƏNİ HƏKİMLƏR - TANIYIN

Paylaş
3 İzlənmə
1 Həftə Öncə

#BirBax #Azerbaycan
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83

Mənbə: İlham Cəmiloğlu, Müsavat.com

Mən bir həkim kimi öz qisasımı azərbaycanlılardan almışam.
Yüzlərlə azərbaycanlı qadını ana olmaqdan məhrum edən, azərbaycanlı xəstələrə bilərəkdən səhv müalicə yazaraq onların ölümünə səbəb olan erməni həkimləri.

Bu gün bir bax kanalında Qarabağda erməni həkimlərinin azərbaycanlıların başına gətirdikləri oyunlardan danışacağıq.
Videonu paylaşaraq, bu vəhşiliklərin dünyaya çatdırılmasında bizə dəstək olun!
uzun illər Xankəndi şəhərində də ermənilərin törətdikləri cinayətlərin, azərbaycanlılara qarşı təzyiqlərin ardı-arası kəsilməyib. Özlərini beynəlmiləlçi kimi təqdim edən, tanıtmaq istəyən bu şəhərin erməni sakinləri bütün sahələrdə azərbaycanlıların fəaliyyətinə əngəl olublar. Qisas hissi ilə yaşayan Xankəndi erməniləri bütün vasitələrə əl ataraq, bu şəhərin əsl sahibləri olan azərbaycanlılara qarşı cinayət törətməkdən çəkinməyiblər. Bu sırada erməni həkimlərin xüsusi rolu olub.
Uzun müddət Dağlıq Qarabağ Muxtar vilayətinin baş cərrahı olan Qukasyan Eduard 1988-ci ildə hadisələr başlayanda mitinqdə çıxış edərkən “mən bir həkim kimi öz qisasımı azərbaycanlılardan almışam, indi meydan cavanlarındır” deməyi sübut edir ki, “Edik doktor” neçə onilliklər boyu hansı cinayətləri törədib, neçə-neçə azərbaycanlıların səhhətinə hansı zərbələri vurub.
Marqo adlı ginekoloq isə yüzlərlə azərbaycanlı qadını ana olmaqdan məhrum edib. Ətraf rayonlardan gələn azərbaycanlı qadınların hesabına zənginləşən bu cəllad-ginekoloqun əlindən çox cinayətlər çıxıb. Kürəkəni Zori Balayana bu yolla dəstək olan Marqo həkim də öz cinayətlərini fəxrlə söyləməkdən çəkinməyib.
Xankəndi şəhərində azərbaycanlıların qanına susayan həkimlərdən biri də Faraon Adamyan olub. 1935-ci ildə Ağdərədə anadan olan Faraon Adamyan İrəvan Tibb İnstitutunu bitirəndən sonra təyinatla Dağlıq Qarabağa Muxtar vilayətinə qayıdıb, o, Ağdərə rayonunun Sırxavənd kəndinin tibb məntəqəsinə baş həkim təyin olunub.

Adamyan Sırxavənd kəndində işləməyə başlayandan öz əsl simasını açıb göstərib. O, hər hansı bir tibb xidmətinə görə azərbaycanlılardan təmənna güdüb, digər hallarda isə azərbaycanlılara rəhbərlik etdiyi tibb məntəqəsində xidmət göstərməkdən imtina edilib. Sözsüz bu millətçi erməninin özbaşınalığına Sırxavənddə yaşayan azərbaycanlılar göz yummayıb və Adamyan bU kənddən getmək məcburiyyətində qalıb.

Xankəndi şəhərində onkoloji dispanserdə fəaliyyətini davam etdirən Adamyan elə ilk günlərdən azərbaycanlılara qarşı təbliğata başlayıb. Sırxavənddən qovulmasının səbəbini isə mənzilinin azərbaycanlılar tərəfindən qarət olması ilə əsaslandırıb. Əslində isə belə bir hadisə baş verməyib.

Adamyan vilayətdə qatı millətçi kimi tanınıb. Hətta ermənilərin özləri də bu cəllad ağxalatlının antiazərbaycan fəaliyyətinə “heyran” qalıblar.

Adamyan hələ hadisələr başlamazdan əvvəl yanlış həkim təyinatları ilə azərbaycanlılardan qisas almağı özünün ən vacib borcu bilib. Ətraf rayonlardan gələn azərbaycanlı pasientlərlə mehriban münasibət qurmağı bacaran Adamyan sonradan öz işini rahatlıqla görüb.

45 il onkoloji xəstəxananın baş həkimi vəzifəsində işləyən Adamyan Xankəndi şəhərində yeni dispanserin tikintisi və avadanlıqlar üçün Azərbaycanın büdcəsindən arzuladığı qədər vəsait ala bilib. Amma Xankəndi şəhərinə Bakıdan cari yoxlamalar gələndə o, buna qəti etiraz etməkdən çəkinməyib.

Bakı rəsmiləri ilə hər hansı bir məsələnin həllində, müzakirəsində Adamyanın ilk sözü belə olub: “Biz artıq İrəvanla məsləhətləşmişik, Ermənistanın Səhiyyə Nazirliyinin tövsiyələri daha məqbuldur.

Adamyan baş həkim işləməklə yanaşı həm də Xankəndi Tibb Texnikumunda pedaqoji fəaliyyət göstərib. O, dəfələrlə bu təhsil ocağında Azərbaycan bölməsinin olmasını texnikuma əlavə yük olduğunu söyləyib. Bu məsələdə texnikumun direktoru, yuxarıda adını çəkdiyimiz Eduard Qukasyanın həyat yoldaşı İrina Qukasyan onu dəstəkləyib. Bu mübarizəyə baxmayaraq Azərbaycan bölməsini bağlamaq mümkün olmayıb.

Faraon Adamyanın bu qədər özbaşınalığında vilayət rəhbərlərinin xüsusi rolu olub. Bütün məclislərdə “peşəkar” tost ustası sayılan Adamyan həmişə ilk qədəhlərini “böyük erməni xalqı”nın şərəfinə qaldırıb. Bir-iki qədəhdən sonra isə böyük həvəslə məclisdə iştirak edənlərə Qarabağın tarixindən “mühazirə” söyləyib və ən əsası yüksəkçinli məmurlar bu millətçi təbliğata göz yumublar.

Adamyanın millətçiliyinin tündlüyü özü üçün faciəyə çevrilib. O, birinci Qarabağ savaşı zamanı İrəvan Dövlət İqtisad Universitetinin aspiranturasında təhsil alan oğlu Armeni Xankəndinə çağırıb, qondarma “Dalıq Qarabağ Respublikası”nın özünümüdafiə dəstələrində xidmət etməyi məsləhət bilib. Qarabağın “azadlığı” uğrunda mübarizəyə qoşulan Armenin təhsili kimi ömrü də yarımçıq qalıb. O, döyüşlərədə Azərbaycan əsgərinin gülləsinə tuş gəlib.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması