Cinsi Əlaqədən Sonra Göynəmə - Sperma Allergiyası Nədir?

Paylaş
13 İzlənmə
1 Həftə Öncə

#demədidemə #sağlamlıq #qadın
Sağlam Qadın kanalı "De Media MMC"-nin nəzdində fəaliyyət göstərir.
Əməkdaşlıq üçün əlaqə: 055-362-49-69

Əksər qadında cinsi əlaqədən sonra müəyyən narahatlıqlar ortaya çıxır. Vaginada qıcıqlanma, qaşınma və göynəmə kimi hallar yaranır. Maraqlıdır, bu, nə ilə bağlıdır? Diqqətiniz bizdə olsun. Videomuz başlayır.

Dəyərli izləyicilər…

Problem yaradan əsas səbəblər sırasında ilk yerdə sperma allergiyası dayanır. Sperma allergiyası, cinsi əlaqədən sonra kişinin spermasına və ya spermanın mayesinə qarşı qadındakı vaginal dəyişikliklərə deyilir. Əlamətləri vaginada yanma, şişmə, ağrı, qaşıntı, qızartı kimi bilinən klassik allergiya əlamətləri ilə eynidir. Bəzən bütün bədəndə, üzdə, qolda, yaxud ayaqda da allergiya əlamətlərinə rast gəlinir. Bu, daha çox allergik baxımdan həssas olan şəxslərdə olur.

Xüsusilə əlaqə əsnasında və ya əlaqədən sonra qadının vaginasında yaranan şiddətli ağrı, yanma, batma kimi əlamətlər, vaginada aşınma, ağrılı əlaqə kimi hallarda sperma allergiyasından şübhələnmək lazımdır:

"Kişi və qadın bədənində hər zaman yad maddələrə və mikroblara qarşı bir baryer mövcuddur. Orqanizmimiz bizi qorumaq üçün bir baryer yaradır. Sperma allergiyası da bu tərz bir baryerdir. Çünki spermanın tərkibində müxtəlif maddələr və protein var. Həmçinin, sürüşkənləşdirici, qidalandırıcı, formalaşdırıcı maddələr də mövcuddur. Bunlar kişi üçün nə qədər təbiidirsə, qadın üçün bir o qədər yad maddələrdir. İmmunitet sistemini hərəkətə gətirən bir reaksiya yaradır. Xüsusilə allergik baxımdan həssas şəxslərdə spermanın tərkibindəki proteinlər allergik reaksiya yarada bilir".

Sperma allergiyası testi sperma mayesinin içindəki antitel səviyyəsini araşdıraraq həyata keçirilə bilər. Həmçinin dəri testləri ilə də yoxlana bilir. Prezervativ istifadə etmək allergik vəziyyətlərin qarşısını alsa da, bu, uşaq istəyən cütlüklər üçün bir çıxış yolu deyil. Müalicəsində immuno terapiyadan istifadə edilir. Yüksək dozalı antitel zamanı isə kortizon istifadə edilir.

Eyni zamanda cütlüklərin orqanizmində olan başqa səbəblər ortadan qaldırılır (infeksiya, candida göbələyi, başqa allergiyalar). Bu müalicələr bitdikdən sonra sperma yumurta ilə qarşılaşdığında hər hansı bir allergiya əlaməti ortaya çıxmır.

Partnyorun birinin spermasına allergiyanın olması o demək deyil ki, başqa kişi ilə də bu hadisə təkraralanacaq. Bəzən səbəb partnyorun qida xüsusiyyətləri, istifadə etdiyi dərman preparatları ola bilir. Dərmanların çoxsu bioloji mayelərə keçir. Məsələn, əgər kişi qadında allergiya verən dərman preparatları ilə müalicə kursu keçirsə, onda hiperhəssaslıq reaksiyası gözləmək olar.

Bəzən cinsi aktın gigiyenasının pozulmasını spermaya qarşı allergiya kimi qiymətləndirirlər. Cinsiyyət orqanlarının selikli qişasının zədələnməsi və uzunmüddətli akt – aralığın, cinsiyyət dodaqlarının, vulvanın qızarması və ödemini verə bilər. Amma belə vəziyyət geriyə dönəndir və bir neçə saatdan sonra heç bir tədbir görmədən, öz-özünə keçib gedir.

Əgər cinsi əlaqədən sonra cinsiyyət orqanlarının qızartısı, ödemi, qaşınma və göynəməsi narahat edirsə, ginekoloqa müraciət etmək lazımdır. Spermaya allergiya halları nadir rast gəlinir, ona görə də digər xəstəliklər inkar edilməlidir.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması