Vasif Talıbov YAP-ın qurultayından belə çıxdı! Jurnalistlərə açıqlama, möhtac qadına para vermədi...

Paylaş
9 İzlənmə
1 Ay Öncə

Vasif Talıbov YAP-ın qurultayından belə çıxdı!

Jurnalistlərə açıqlama, ona yaxınlaşan möhtac qadına para vermədi...

Sosial mediada Naxçıvan MR rəhbəri Vasif Talıbovun YAP-ın qurultayından çıxarkən çəkilən 16 saniyəlik videosu yayılıb.
Musavat.com -un təqdim etdiyi bu qısa videoda maraqlı məqamlar var. Vasif Talıbov binadan çıxan kimi jurnalistləri görür və o dərəcədə şaşırır ki, onlardan qaçmaq üçün başqa maşına yönəlir. Hər kəs bilir ki, hörmətli Vasif müəllim jurnalistlər qarşısında ekspromt açıqlamalar verməyi sevmir... Mühafizə xidməti "bura, bura", deyərək, onu öz maşınına yönəldir: fonda blogger Ata Abdullayevin səsi eşidilir; bu an ona bir qadın yaxınlaşır və nəsə deməyə çalışır. Böyük ehtimalla, hakim partiyanın qurultayına qatılan vəzifəli şəxslərdən yardım istəmək üçün orada növbə çəkən möhtac vətəndaşlarımızdan biridir, o qadın. Lakin mühafizə sürətlidir və Vasif Talıbovu möhtac Azərbaycan qadınından sayıqlıqla qoruyur; Naxçıvanın bir saylı simasına doğru əl uzadan qadının qolundan itələyir... Xan maşına əyləşir, diskomfort mühiti sonlanır. Qapı örtülmədən öncə Ata Abdullayevin Azərbaycan jurnalistləri adından duası eşidilir: "Uğurlar olsun Vasif müəllim"... Vasif müəllim arxası jurnalistlərə, sağ əlini göyə qaldırıb, yelləyir...

Filmin sonu...

@TV Musavat

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması