Diz və Oynaq Ağrılarını Kəsir - Qoca bir Həkimin Məsləhəti

Paylaş
7 İzlənmə
2 Həftə Öncə

#sağlamlıq #dəfnəyarpağı #DemədiDemə

Bu həmişəyaşıl yarpaqların sağlamlığa faydaları qədim zamanlardan insanlara məlum olub. Onun vətəni Kiçik Asiya və Qafqaz dağları hesab olunur. 1 dəfnə ağacınn ömrü 100-400 il arasıdır. Dəfnə ağacı iki məqsədlə əkilir:
1. Dekorativ ağac kimi;
2. Tibbi məqsədlə istifadə üçün;


Qədim Yunan və Qədim Roma mədəniyyətlərində dəfnə yarpağından hazırlanmış tac döyüşdə və ya olimpiya oyunlarında qalib gələnlərin başına qoyulurdu. Sonralar dəfnə imperatorun hakimiyyətinin simvoluna çevrilir.
Hazırda dünya dəfnə yarpağını ədviyyat kimi qəbul edib. Təzə və ya qurumuş halda istifadə etmək mümkündür. Acıtəhər dada və heyranedici ətirə malik olan dəfnə yarpağının tərkibi zəngindir. A, C, PP vitamini və B qrupu vitaminləri, həmçinin, kalium, kalsium, maqnium, natrium, fosfor, dəmir, sink kimi elementləri sadalamaq olar. 100 qr dəfnə yarpağı orqanizmin sutkalıq B6 vitamini ehtiyacını ödəyir. Sineol (eucalyptol) və eugenol kimi efir yağları antiseptik funksiyasını yerinə yetirməklə bərabər, revmatizm ağrıları zamanı ağrıkəsici effektinə də malik olurlar. Bundan əlavə, dəfnə yarpağı soyuqdəymə əleyhinə vasitə kimi də məşhurdur. Sineol soyuqdəyməni toxumalardan təmizləmək qabiliyyətinə malikdir. Həmçinin, tənəffüs yollarının təmizlənməsinə kömək edir. Eugenol antibakterial xüsusiyyəti ilə də faydalıdır.
Dəfnə yarpağı yuxusuzluq, gərginlik, əsəbilik kimi narahatlıqların aradan qalxmasına da kömək edir. Təkcə qoxusu ilə bu yarpaq insanın sinir sistemini sakitləşdirə bilir. Dəfnə yarpağının sedativ təsiri isə tərkibindəki linalool`dan qaynaqlanır.
Yarpaqdakı yağ turşuları bağırsağa protektor kimi təsir göstərir. Metabolizmanın yaxşılaşması, rahat həzm, immunitetin möhkəmlənməsi, zərərli bakteriyaların məhvi və toksinlərin bağırsaqlardan atılması da dəfnə yarpağının faydalarındandır. Mütəxəssislər yarpağın sidikqovucu xüsusiyyəti haqqında da çox danışır. Dəfnə yarpağından hazırlanan məhlul orqanizmin maye balansının qorunmasında effektivdir. Bilirik ki, maye balansının qorunması orqanizmin artıq çəkilərdən qurtulmasının səbəblərindən biridir.
Şəkərli diabet zamanı da dəfnə yarpağı həzmə kömək edən vasitə rolunu oynayır. Karbohidrat balansını normallaşdırır, qanda qlükozanın miqdarını azaldır.


Oynaq ağrısı
Oynaq ağrısından yaxa qurtarmaq üçün dəfnə yarpağından hazırlanan maz lazımdır. Lazım olanlar dəfnə yarpağı və tibbi vazelindir. Yarpaqları üyüdün və vazelinə 1:2 nisbətində qatın. Qarışımı 30 dəq gözlədin. Sonra onu sterilizə edilmiş şüşə qaba tökün, ağzını bağlayın və soyuq yerdə saxlamağa cəhd edin. Günün istənilən vaxtında bu mazdan oynaqlara yağlaya bilərsiniz. Müalicə müddəti 7-10 gündür.


Damarların təmizlənməsi
25-30 dəfnə yarpağını şirəli qaba qoyun və üstünə 2-2,5 stəkan qaynar su tökün. Vam odda 5 dəq qaynadın. Sonra suyu termosa tökün. 3-8 saat dəmlənməsini gözləyin. Cuna ilə süzün və isti məhlulu kiçik udumlarla için. Qeyd edim ki, günün istənilən vaxtı bu məhlulu içə bilərsiniz. Mütəxəssislər bu cür damar təmizlənməsi zamanı ətsiz yeməklərə üstünlük verilməsini, alkoqollu içkilərdən uzaq durulmasını tövsiyə edirlər. Prosedur davam etdiyi günlər ərzində sidiyə tez-tez getmək normaldır. 3 günlük prosedurdan sonra 1 həftə ara verin, sonra təkrar başlayın. İldə iki dəfə bu prosesi təkrarlasanız, damarlarınızın təmizliyindən əmin ola bilərsiniz.


Qızdırma və titrətmə zamanı
Şüşə qaba 2 xörək qaşığı üyüdülmüş dəfnə yarpağı tökün. 1 stəkan bitki yağı əlavə edin, ağzını bağlayın və 10 sutka gözlədin. Qarışımı soyuducuda saxlayın. Qızdırma və titrətmə zamanı bütün bədəni bu qarışım ilə ovun.


Qaymorit zamanı
Bu zaman köməyə dəfnə yarpağının yağı çatır. 30 qr dəfnə yarpağını üyüdün. 1 stəkan bitki yğına qatın və 5 gün gözlədin. Sonra cuna ilə süzün. Gündə 3 dəfə, hər dəfə də 2-3 damla olmaqla bu qarışımdan buruna damızdırın.


Angina (tonzillit) zamanı.
2-3 dəfnə yarpağını toz halına salın. 1 xörək qaşığı dərman gülümbaharı çiçəyi ilə qarışdırın. 300 ml qaynar suya əlavə edin. Ağzını bağlayın, 15 dəq gözlədin. Cuna ilə süzün, ilıq halda boğazınızı qarqara edin.


Revmatizm ağrıları
2 xörək qaşığı üyüdülmüş dəfnə yarpağını 1 stəkan 40%-li spirtə qatın. Ağzını bağlayın. 1 həftə otaq temperaturunda saxladıqdan sonra cuna ilə süzün. Ağrıyan nahiyələrə gündə 2-3 dəfə bu qarışımdan çəkin.


Dəri xəstəlikləri
Yarım xörək qaşığı xırda üyüdülmüş dəfnə yarpağını 1 stəkan bitki yağına qatın. 1 həftə soyuducuda saxlayın. Dərinin xəsarət almış bölgələrinə gündə 2 dəfə bu qarışımdan çəkin.


Mədə qıcqırması
1 dəfnə yarpağını üyüdün, 1 xörək qaşığı dazı bitkisi, 1 xörək qaşığı bataqlıq qurucası götürün. Hamısını 1 litr qaynar suya əlavə edin. Ağzını bağlayın, 2 saat gözlədin. Sonra cuna ilə süzün. Gündə 3 dəfə, hər dəfə 100 ml olmaqla qarışımdan için.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması