Bir qaşıq Xörək Duzuyla MÖCÜZƏ! - Boğazda ağrı, Qıcıqlanma...

Paylaş
20 İzlənmə
3 Ay Öncə

#Duz #Boğazağrısı #Qarqara
DƏSTƏK ÜÇÜN KANALIMIZA ABUNƏ OLUN!
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Videoda reklam yerləşdirmək üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-885-00-84
(+994) 55-554-58-83
Duz çox geniş müalicəvi xüsusiyyətlərə malikdir.
Qədim zamanlarda duz məhlulu kəskin və xroniki iltihablar, irinli yaralar zamanı istifadə olunurdu. Dahi Hippokrat öz praktikasında duz islatmalarından istifadə edirdi.
Tanınmış rus cərrahı Piroqov birinci dünya müharibəsi zamanı duz islatmalarını yaraların müalicəsində uğurla tətbiq edirdi. Duz məhlulu ilə islatmalar yaradan mikrobları, toksinləri çıxardır və nəticədə yara tez bir zamanda təmizlənir, iltihab azalırdı.
Yaponiyada 2011-ci ildə atom stansiyası partlayan zaman hökümət tərəfindən əhaliyə radiaodalğaların təsirindən qorunmaq üçün duz paylanıb. İnsanlar özlərini zərərli şüalardan qorumaq üşün duzlu su ilə yuyunurmuşlar.
Duzla hazırlanan burun damcıları pediatriyada tətbiq edilir və çox yaxşı müalicəvi effekt verir. Belə damcıların əks-göstərişləri və yanaşı təsirləri yoxdur.
İndi də gələk, duzun boğaz ağrılarının aparılmasındakı inanılmaz təsirinə. Boğaz iltihabları zamanı duzla qarqaralar ən təbii müalicə vasitəsi hesab edilir. Duzlu su bakteriya əleyhinə təsir göstərərək iltihab əlamətlərini aradan qaldırır. Boğazda xəstəliyin əlamətləri azalır və ağrı hissi aradan qalxır.
Mütəxəssislər duzlu suyun sinusit əlamətlərini aradan qaldıra bilməsini sübut ediblər. Gün ərzində 3-4 dəfə boğazı duzlu su ilə qarqara etmək burun yollarının açılmasına və sinusitin sağalmasına da səbəb olur. Həmçinin, duzlu su ağız boşluğundakı bakteriya və mikrobları məhv edərək, dişlərdə çürümələrin qarşısını ala bilir.
Gəlin duzlu su qarqarasını birlikdə hazırlayaq.
STANDUP:
XƏYALƏ MƏMMƏDOVA: “Bunun üçün bizə lazım olan vasitələr 1 stəkan ilıq su. Çalışın soyuq olmasın. Normal otaq temperaturundan bir az isti olmasında fayda var. Suya 2 çay qaşığı duz töküb, qarşıdırırıq. Burada bir şeyi də qeyd edim. Duzun yodlaşdırılmış olması çox vacibdir. Ona görə də, satışda yodlaşdırılmış halda satılan duzlardan istifadə etməkdə fayda var. Bunun üçün mən “Azərduz ” süfrə duzunu tövsiyyə edirəm. İndi isə duzla suyu qarışdırıb, duzu suda tamam həll edək”.
-Burada suyu qarışdırarkən sürətli kadrlar gedəcək-
“Belə, qarqara edəcəyimiz duzlu su hazırdı. Gün ərzində bir neçə dəfə boğazını bu məhlulla qarqara edib, boğaz ağrılarından xilas ola bilərsiniz”.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun