Mədəaltı Vəzin Təbii Müalicəsi - SOVET HƏKİMİ NEUMIVAKİN METODU

Paylaş
12 İzlənmə
1 Həftə Öncə

#BirBax #Mədəaltıvəz #mədə
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83

Bu orqan mədənin arxasında, sol böyürdə yerləşir. Söhbət mədəaltı vəzdən gedir. Mədəaltı vəzidə yaranan hansısa problem zamanla bir çox ağır xəstəliklərin – xüsusən də şəkərli diabet və pankreatinin gizli inkişafına gətirib çıxarır. Bəs biz bu orqanımızı necə qoruya bilərik? Bu gün Bir Bax kanalında bunu biləcəksiniz.

Dəyərli izləyicilər...

Mədəaltı vəzi maddələr mübadiləsinə və qidaların mənimsənilməsinə cavabdeh olan orqandır. Orqanın ən geniş yayılmış xəstəlikləri sırasında ilk yerdə pankreatit və I tip şəkərli diabet dayanır. Hətta orqan sağlamdırsa, heç bir problemi yoxdursa belə, rasionumuza diqqət eləməliyik. Çünki xəstəlik hər an başlaya bilər. Mədəaltı vəzidəki hər hansısa problem zamanla digər ağır xəstəliklərin başlanğıc nöqtəsinə çevrilir. Bu gün mədəaltı vəzinin qayğısına qalmaq üçün bir çox sadə üsulları sizə təqdim edəcəm.

Mədəaltı vəzinin orqanizmdəki rolu:

Orqanın normal fəaliyyəti sağlamlığımız üçün çox vacibdir. O, həzm prosesində mühüm rol oynayır. Mədəaltı vəzisi cərrahi yolla çıxarılan insanlar, bir qayda olaraq, 1 ildən artıq yaşamır. Orqan paralel olaraq, bir neçə funksiyanı yerinə yetirir.

-Hormonları və qida fermentlərini ifraz edir;

-Orqan yağları parçalayaraq ürək, böyrək və əzələlər üçün lazım olan qidalı maddələrə çevirir;

-Mədəaltı vəzi, həmçinin, şəkərin səviyyəsini nizamlayan insulini ifraz edir.

-Yağların, zülalların, karbohidratların maddələr mübadiləsində iştirak edir;

Mədəaltı vəzin insulin ifraz etdiyi artıq heç kimə sirr deyil. Orqanizmdə həddən artıq qlükoza yığıldıqda orqan dayanmadan insulin ifraz edir. İnsulin də, öz növbəsində, qlükozanı hüceyrələrə çatdırır. Bu da qanda şəkərin səviyyəsini azaldır.
Mədəaltı vəzinə ziyan verənlər nələrdir?
Orqan çox həssasdır; daxili və xarici faktorlardan təsirlənə bilir. Əvəzedilməz orqanlardan sayılan mədəaltı vəzi daha çox insanın iştahından əziyyət çəkir. Amma vərdişləri də yada salmaq vacibdir.

-Siqaret;

-Alkoqollu içkilər;

-Yağlı, qızardılmış, xəmir yeməklərinin daimi yeyilməsi;

-Dadlandırıcı, rəngləndirici kimi kimyəvi maddələrlə zəngin qidalar;

Öd kisəsindəki daş səbəbilə də mədəaltı vəzi zərər görə bilər. Bu zaman öd düzgün süzmür, onun işi birbaşa mədəaltı vəzinə ötürülür. Şəkərli diabet, mədənin aldığı travma, qida zəhərlənməsi, həddən artıq çəki də mədəaltı vəzinin xəstələnməsinə səbəb ola bilər. Eyni zamanda, genetik xəstəliklər, uzun müddət antibiotik qəbul etmək, hormonlar vurdurmaq kimi proseslər də orqana ziyan vurur.

Mədəaltı vəzin ən təhlükəli xəstəliklərindən biri pankreatitdir. Ən pisi isə kəskin və xroniki pankreatitdir. Orqanın soyuqlaması nəticəsində yaranan xəstəlik sol böyürdəki dözülməz ağrılarla özünü büruzə verir. Həzm sistemi korlanır və orqanizmin hormon balansı pozulur.

Mədəaltı vəzinin qorunması və bərpası üçün bir çox üsulların mövcudluğu barədə demişdim. İndi həmin üsullarla tanış olaq:

Mədəaltı vəzinin zədələnməsi ağır fəsadlara və uzunmüddətli müalicələrə gətirib çıxara bilər. Müalicədən daha yaxşı üsul orqanizmi xəstələnməyə qoymamaqdır. Mədəaltı vəzinin sağlam olması üçün qidalanma balanslı olmalı, aktiv həyat tərzinə üstünlük verilməli, profilaktika düzgün aparılmalıdır.

Neumıvakin metodu. İvan Pavloviç Neumıvakin SSRİ-nin məşhur tibb alimlərindən olub. O, orqanizmin təbii üsulla bərpası ilə bağlı bir çox elmi işlərin müəllifidir. Şəkərli diabeti araşdırarkən mədəaltı vəzinin qiyməti, daha doğrusu, qiymətsizliyi barədə də öz qənaətlərini yazan həkimin ilk məsləhəti budur: “Liflə zəngin qidalar yeyin!” Mədəaltı vəzi üçün faydalı qidaları isə belə sıralayıb:

Təbii kəsmik. Ağartı məhsulu orqanın fəaliyyəti üçün lazım olan zülalla zəngindir. Neumıvakin tövsiyə edirdi ki, gündə 1, ya da 2 dəfəyə 100-150 qram kəsmik yeyin. Kəsmiyi olduğu kimi yeyə bilməyənlər onu salatlara, hətta tərəvəzli yeməklərə də qatıb yeyə bilər. Amma bir şeyi unutmaq lazım deyil ki, yağlı süd məhsulu sayılan kəsmik qastrit kimi bəzi mədə xəstəlikləri zamanı zərərdir. Üstəlik, son illərdə süd məhsullarının həzmində bir çox çətinliklər yaranıb. Başqa sözlə, Neumıvakin`in kəsmik tövsiyəsinə əməl etmək üçün öncə özünüzdən əmin olmalısınız.

-Neumıvakin şəkər əvəzinə şəkər qamışından istifadə etməyi məsləhət görürdü. Bu, təbii şəkər əvəzləyicisidir. Şəkər qamışının tərkibindəki maddələr qlükoza qrupuna daxil deyillər. Bu maddələr orqanizmə müsbət təsir edir, mədəaltı vəzinin işini yaxşılaşdırır.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması