Duz yeməkdəm imtina etsək , orqanizimdə nə baş verər

Paylaş
181 İzlənmə
7 Ay Öncə

Dava-dərmanın, müxtəlif müalicə üsullarının işə yaramadığını düşündüyümüz anlar hər birimizin həyatında olub. Elə indinin özündə, koronavirusun insanlığın varoluşunu təhdid etdiyi bir zamanda, çoxları qədim tibbi ənənələrlə maraqlanmağa başlayıb.

K/A: Duz da qədimdən üzübəri insanların önəmli qida vasitəsi kimi həmişə öz dəyərini qoruyub saxlayıb.
Ehtimala görə, duz, təxminən, 5000 il əvvəl Çində kəşf edilib. Ardınca da insanlıq tarixində özünə aid səhifələrin yazılmasına səbəb olub. Əvvəllər hər xalqın öz duz qaynağı vardı. Əhalinin sayı artdıqca duza olan ehtiyac da çoxalıb və beləcə, dünyamız “duz müharibələri” də görüb. Savaşlardan yorulanda isə insanlar duz ticarətinə başlayıb. “Duz-İnsanlığın duzlu tarixi” adlı kitabın müəllifi Kurlansky çox maraqlı faktları qələmə alıb. Onun yazdığına görə, qədimdə çinlilər, romalılar, franklar, germanlar və venesiyalılar əhalidən “duz vergisi” alıblar. Həmin dövrlərdə ailə başçısı ailə fərdlərinin sayına görə yalnız müəyyən ölçüdə duz ala bilib. Əgər hardasa bu qayda pozulurdusa, duzu alana da, satana da cəza verilib.
Orta əsrlərdə “Bəyaz altın” adlandırılan duzla bağlı ən maraqlı fakt isə bu gün hamımızın sevdiyimiz “maaş” kəlməsinin yaranmasıdır. “Maaş” sözü latınca duz anlamına gəlir. O vaxt Roma legionlarının maaşı duzla ödənilib, beləcə, ən sevimli kəlmələrimizdən biri meydana gəlib.

Duz tarixdəki ən qədim dadlandırıcı da sayılır.
Bəşəriyyət bu günlərdə duzun müalicəvi xüsusiyyətlərini yenidən kəşf edir. Türkiyəli həkim Fevzi Özgönül duzun mövsümi xəstəliklərə qarşı ən yaxşı vasitə olduğunu deyib. Onun sözlərinə görə, yaz mövsümü ilə əlaqədar olaraq, nəfəs yolları allergiyaları baş qaldırır. Bu zaman ən yaxın köməkçi duzlu suyla ağız boşluğunu və udlağı qarqara etməkdir.
Astma-bronxit xəstələri üçün duz rahat nəfəs almaqda ən asan və ən ziyansız üsuldur. Sanatoriya və müalicə mərkəzlərində bu cür xəstələr üçün xüsusi “duz otaqları”nın yaradılması əsassız deyil. Çünki, duz tənəffüs yolları problemlərini aradan qaldırır. (burada azərbaycanlı həkimin çıxışı olacaq)
Sümük əriməsinin qarşısını almaqda, qanda şəkərin miqdarını nizamlamaqda orqanizmə kömək edən duzun bir özəl xüsusiyyəti də antistress olmasıdır. Mütəxəssislərin sözlərinə görə, yuxusuzluqdan əziyyət çəkən və gərgin depressiyada olan adamlar yatmazdan qabaq müəyyən miqdarda duzlu su qəbul etsələr, yaxşı olar. Duz gecə boyu serotonin hormonunun ifrazını nizamlayır, rahat yuxu yatan insan səhəri də gülərüz açır, günə də gümrah başlayır.
Orqanizmdə duz əskikliyi bəlğəm yaranmasına səbəb olur. Mütəmadi olaraq boğazda yaranan bəlğəm ağız boşluğunda və tənəffüs yollarında müxtəlif virus və mikroblar üçün münbit şərait yaradır. Duzlu su ilə qarqara zamanı nəfəs yollarımız bu mikrob və viruslardan təmizlənir.

S/T: Hər bir orqanizmin duza ehtiyacı var. Əgər duz lazımi miqdarda qəbul edilməzsə, bayaq sadaladığım, və daha artıq fəsadlar meydana çıxa bilər. Odur ki, çalışın, süfrənizin bərəkəti sayılan duzları seçəndə ehtiyatlı davranın, keyfiyyətli, yodlaşdırılmış və təmiz duz alın. Mən bunun üçün “Azərduz” süfrə duzu tövsiyyə edərdim.


Ölkəmizdə “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması” barədə qanun 2001-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanıb. 2008-ci ildə UNİCEF və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən araşdırmalar aparılıb. Nəticədə hazırlanan hesabatda yodlaşdırılmış duzun istehsalını həyata keçirəcək müəssisəyə ehtiyac olduğu xüsusi vurğulanıb. Bu məsuliyyətli iş “Azərsun Holdinq”ə etibar edilib. 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə Masazır Duz zavodunun açılışı olub. “Azərduz” məhz bu etibarlı müəssisənin istehsal etdiyi duz markalarından biridir.
Ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün əhəmiyyətli olan “Azərduz” yodlaşdırılmış duzlarını seçmək, sağlamlığınızın qeydinə qalmağınızın daha bir əl çatan üsuludur.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun