Hamiləlikdə saç boyadanlar DİQQƏT! - uşağı zəhərləyə bilərsiz!

Paylaş
6 İzlənmə
1 Həftə Öncə

“Demədi Demə Qadın” kanalı qadınların mütəlif mövzularda maarifləndirilməsi üçün nəzərdə tutulub. Bu kanalda yalnız qadınlar üçün faydalı ola biləcək, gələcəkdə onların işinə yarayacaq maraqlı məlumatlar yer alacaq. Qadın kanalımız Demədi Demə MMC-nin nəznində fəaliyyət göstərir. Kanalımızla bağlı hər hansı bir iradınız, təklifiniz varsa [email protected] ünvanına yaza bilərsiniz.

Reklam üçün əlaqə: 055 362 49 69

Hamiləli zamanı saç kəsdirmək və boyamaq olar?
Bu sual hamilə qadınları hər zaman maraqlandırıb: saç kəsdirmək və boyamaq ana və ya dölə mənfi təsir edirmi?

Hamilə ikən ilk 3 ay həkimlər saç boyamağı məsləhət görmür. Boyanın içində olan ammonyak kimi kimyəvi maddələr uşağınıza və sizə zərərə verə bilər. Adətən saç boyası başda 30-40 dəqiqə boyunca qalır. Bu müddətdə boyada olan zərərli maddələr saç dərisinə sürətlə nüfuz edir və az miqdarda da olsa, qana keçir. Beləliklə, bu zəhərli maddələr ana qanından dölün qanına düşə bilər.

Hamiləlik zamanı saç kəsdirmək olarmı?



Hamiləlik zamanı qadınlar adətən saç kəsdirmir. Bəzi insanlar orqanizmə girən maddələrin uşağa fayda vermək yerinə saça fayda verəcəyinə inanır. Lakin saçınıza gedən maddələrlə uşağınıza gedən maddələrin bir-biri ilə əlaqəsi yoxdur. Son dərəcə səhv olan bu davranış ananı mənfi mənada təsirləndirə bilər. Həkimlərin fikrincə, hamiləlik zamanı saç kəsdirməyin heç bir mənfi yönü yoxdur. Əksinə, hamiləlik dövründə onsuz da çox həssas olan qadınlar uzanmış və baxımsız saçlarla özlərini mənfi düşüncələrə sürükləyə bilərlər.

Hamiləlik zamanı saça qulluqda nələrə diqqət etməliyik?



Adətən hamiləliyin 16-cı həftəsindən dölün müdafiə mexanizmi inkişaf edir. Bu zamandan sonra həkiminizlə məsləhətləşib ammonyaksız boyalarla saçınızı boyaya bilərsiniz. Saç boyası qoyulan yerin havalandırılması çox əhəmiyyətlidir. Çünki ciyərlərə nüfuz edən ammonyak anaya zərər verə bilər.
Gözəllik salonuna gedəcəksinizsə, səhər saatlarını seçə bilərsiniz. Qalıcı boyalar yerinə daha az zamanda çıxan boyalardan istifadəyə diqqət edilməlidir.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun