Bütün şəhid övladlarına həsr edilir: "Şəhid qızı"

Paylaş
6 İzlənmə
1 Ay Öncə

Şeir: Sədaqət Əhmədova
İdeya müəllifi: Hacıbəy Heydərli
Səsləndirən: Aytac Vəlibəyli
Musiqi: Ali Asgar Mammadov
Video: Hikmət Səmədov

"Azxəbər" informasiya portalı 18 oktyabr - Müstəqilliyin Bərpa Günündə yeni layihəsini təqdim edib.

"Şəhid qızı" adlanan layihə Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş bütün şəhidlərimizə həsr edilir.

Layihənin ideya müəllifi Hacıbəy Heydərli, şeirin müəllifi Sədaqət Əhmədova, səsləndirən isə Aytac Vəlibəylidir.

Sədaqət Əhmədov vətənpərvərlik mövzusunda olan bir çox şeirin müəllifidir. Onun "Torpağına canım qurban, Azərbaycan" şeiri 44 günlük Vətən Müharibəsi zamanı ən çox səsləndirilən əsərlərdən olub.

Layihənin ideya müəllifi Hacıbəy Heydərli deyib ki, Şəhid övladlarına sahib çıxmaq hər bir azərbaycanlının borcudur:

"Şəhidlərimiz öz şirin canlarından vətən uğrunda, bizim xoşbəxtliyimiz, qürurlu və başıuca yaşamağımız üçün keçdilər. Bizim də borcumuz onların yadigarlarına - övladlarına sahib çıxmaqdır. Hər birimiz çalışmalıyıq ki, onların qeydinə qalaq, onları yaşadaq. "Şəhid qızı" layihəsi də məhz şəhidlərimizin övladlarına həsr edilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin".

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması