Zibil qabına atılan uşaq böyüyüb milyonçu oldu - İNANILMAZ SİRR

Paylaş
8 İzlənmə
1 Həftə Öncə

Zibil qabına atılan uşaq böyüyüb milyonçu oldu - Qənaətin sirri


Milyonçu Freddi Fiqqersin həyatı nağılı xatırladır. 1989-cu ildə ABŞ-ın Florida ştatında dünyaya göz açan körpəni anası zibilliyə atır. O vaxt qadının ağlına da gəlmir ki, bu körpəni necə bir gələcək gözləyir.
pauza
“World of Buzz” milyonçunun həyatı haqqında məlumat yayıb.
pauza
Çarəsiz körpəni yoldan keçənlər görür və polisə xəbər edirlər. Uşaq xəstəxanaya yerləşdirilir, daha sonra isə bir ailəyə övladlığa verilir. Figgers ailəsi uşağa Freddi adını verir.
pauza
Uşaq özünü dərk edəndən sonra onu övladlığa götürmüş valideynləri əsl həqiqəti açıqlayırlar. Freddi həqiqəti bildiyi vaxtı belə xatırlayır:
“Bir az böyüyəndən sonra valideynlərim mənə hər şeyi danışdılar. Düzünü deyim ki, mən buna görə çox narahat olur və utanırdım”.
Freddinin 9 yaşı olanda atası ona işlənmiş kompüter alır. Məqsədi uşağın başını qatmaq və narahat edən problemlərdən uzaqlaşdırmaq olur. Lakin elə bu hədiyyə ilə uşaq başa düşür ki, gələcəyi texnologiyalarla bağlı olacaq.
13 yaşına kompüter təmirinə başlayan Freddi artıq 15 yaşında özünün kompüterlərin təmiri ilə məşğul olan şirkətini qurub.
Çox keçmir ki, yeniyetmə GPS-treker ixtira edir. Ayaqqabıya yerləşdirilən bu qurğunu Freddi valideynlərini izləmək üçün istifadə edir. Lakin bu cihaza böyük tələbat yaranır və Freddi buna görə, 2,2 milyon dollar qazanır.
Hazırda zibillikdən tapılan körpə “Figgers Wireless” adlı şirkətin sahibidir. Onun varidatı 62 milyon dollardan artıqdır.
Bax belə, yəqin ki, Freddi Fiqqersin həyatından özü çün nəticə çıxran adamlar tapılacaq.
İndi isə sizə Qənaətcil insanları varlı edən strategiyalar haqqında danışmaq istəyirəm.

Əlavə 2-3 dəqiqəlik vaxtınız da varsa, videonun davamını izləyib həyatınızı yaxşlıaşdıra biləriz. Məsələn hansısa social şəbəkədə əyləncəli vidioya 3 dəqiqə az baxmaqla vaxtınıza qənaət edə bilərsiz

Pauza
Qənaətcil milyonçular xərclərini azaldaraq, bir çox şeylərdən imtina edərək illərlə sərvət toplayır. Onlar daha sonradan kənara atdıqları vəsaitlərdən məntiqli şəkildə investisiya olaraq istifadə edirlər.
Milyonlara aparan bu yol azı 32 tələb edir. Bu kateqoriyaya aid olan insanlar adətən risklərə meyilli olmur, həyatlarının əksər hissəsini işləyir və qənaət edərək yaşayırlar. Onların sərvəti orta hədlə 3,4 milyon dollar təşkil edir.
Lazım olan tək şey intizam, zəhmət və pullarla münasibətdə qənaətcil davranış tərzidir. Qənaətcil milyonçuları müəyyən düşüncə tərzi fərqləndirir. Onların ən yaxşı strategiyalarını təqdim edir:
1. Onlar qarşılarına məqsəd qoyur və bu məqsədlərə pul ayırır
Qənaət hesabına varlanmış milyonçuların 94%-i öz əmək haqqlarının 20%-ni və yaxud daha çoxunu kənara qoyub. Və onlar bunu uzun müddət, öz sərvətlərini toplayana qədər davam edib.
Özünüzdə elə ilk əmək haqqınızın 10, 5 və yaxud heç deyilsə 1%-ni kənara qoymaq vərdişini formalaşdırın. Uğrunda pul toplayacağınız məqsəd təyin edin və hədəfdən yayınmayın. Bununla qənaət etmək vərdişinə yiyələnə bilərsiniz.
Son məqsəd gəlirinizin 20%-ni qənaət olaraq ayıra biləcəyiniz səviyyəyə çatmaq və bu əmanətləri məntiqli şəkildə sərmayə olaraq istifadə etmək lazımdır.
2. Onlar pulu görünməz edir
Görünməz əmək haqqı – gəlir etdiyiniz andaca pulların sehrinə qapılmamaq üçün kənara ayırmaqdır. Əmanətlərinizin avtomatlaşdırılması məhz belə baş verir.
Əmanət hesabı açın. Hər dəfə gəlir əldə etdikdə dərhal müəyyən məbləğdə vəsaiti o hesaba yatırın. Beləliklə, əsas cari hesabınızda qalan məbləği xərcləyə biləcəksiniz.
3. Onlar xərclərini azaldır
Özü-özünü varlı etmiş qənaətcil şəxslər xərclərini azaltmaq üçün mümkün olan hər şeyi ediblər. Buna aşağıdakı etməklə nail olmaq olar:
• Mənzilə aylıq əmək haqqınızın 25%-dən çoxunu sərf etməyin.
• Qidaya maaşınızın 15%-dən çoxunu sərf etməyin.
• Əyləncələrə maaşınızın 10%-dən çoxunu xərcləməyin. Burada əyləncə dedikdə barlara, kinoya, restorana və s. səfər nəzərdə tutulur.
• Maaşınızın 5%-dən çox olmayan hissəsini avtomobilə xərcləyin.
• Məuzniyyətə isə illik əmək haqqınızın 5%-dən çox olmayan hissəsini ayırın.
• Heç vaxt qumar oynamayın.
• Kredit kartı üzrə borclara nəzarət edin. Məişət səviyyəsində kredit kartlarından istifadə edirsinizsə, deməli maliyyə cəhətdən tam təminatlı həddinə çatmamısınız.
• Düşünülmüş şəkildə yatırım edin. Tez bir zamanda varlanmaq “sirlərinə” aldanmayın. Belə bir anlayış mövcud deyil. Sizi varlı edən əmanətlərinizdir.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun