Ədalət Şükürov tərəfindən Bəxtiyar Vahabzadəyə aid olan "Bir Salama Dəymədi" şeirinin ifası.
Ədalət Şükürova YouTube-da abunə ol: https://mikpro.az/a.shukurovyt
Söz: Bəxtiyar Vahabzadə
Arxa fon musiqi: "Beyond Heaven" (Karunesh)
http://instagram.com/adaletshukurov
http://www.adaletshukurov.com
Əlaqə üçün: info@adaletshukurov.com
http://adaletshukurov.com/az/contact.html
Ədalət Şükürovu sosial şəbəkələrdə izlə:
Instagram: https://mikpro.az/a.shukurovig
Facebook: https://mikpro.az/a.shukurovfb
Ədalət Şükürovu rəqəmsal platformalarda dinlə:
Keçid: https://mikpro.az/a.shukurov.dinle
Sözləri:
Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub,
Bir vurduğu illəri,
Axı nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər
Bir salama dəymədi?
Heç üzümə baxmadın!
Yanımdan sən necə keçdin?
Sən eşq salamını qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəqanlarımız
Bir salama bəyəm dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən, sən neylədin, bir düşün!
Getdin, dalınca baxdım
Can ayrıldı canımdan
Sən necə etinasız ötə bildin yanımdan?
Ah çəkdim, başım üstə yarpaqlar əsdi gülüm,
Sənin qəlbin əsmədi.
Heç geriyə baxmadın,
Niyə sənin yolunu məhəbbətin kəsmədi?
Elə qazancımız bu oldu?
Deyilməmiş o salam əlvidamızmı oldu?
Sən mənə,
Sən mənə gülüm zülm eylədin,
Mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə, elə ölüm yaraşır...
Bu videonun bütün hüquqları “mikpro” MMC tərəfindən qorunur. © 2022
Etiketlər:
#ƏdalətŞükürov #BirSalamaDəymədi #mikpro
Videoları qaçırmayın
Videoları qaçırmayın