Telli Borçalı & Zakir Əliyev - Dur Gəl Naz İlə, O Eyvandan Bu Eyvana, Ya Bir Ola,Ya İki (7 Canlı)

Paylaş
8 İzlənmə
1 Ay Öncə

Telli Borçalı & Zakir Əliyev - Dur Gəl Naz İlə, O Eyvandan Bu Eyvana, Ya Bir Ola,Ya İki (7 Canlı) CANLI İFA

ATV-nin efirində yayımlanan bütün mahnıları ATV Music ► http://bit.ly/atvmusic-subs hesabında dinləyə və izləyə bilərsiniz.

00:00 Zakir Əliyev - Dur Gəl Naz İlə
06:26 Telli Borçalı & Zakir Əliyev - O Eyvandan Bu Eyvana
08:10 Telli Borçalı & Zakir Əliyev - Ya Bir Ola,Ya İki

Dur Gəl Naz İlə (Mahnı Sözləri)

Əlində sazın qurbanı
Eyləmə nazın qurbanı
Ollam gözlərin qurbanı
Öldürmə məni, yandırma məni
Dur gəl naz ilə, naz ilə
Söhbət, saz ilə, saz ilə
Nə baxırsan yanı-yanı
Oldum gözlərin qurbanı
Əvvəlki məhəbbət hanı
Belə şümşad barmaq olmaz
Ləbin kimi qaymaq olmaz
Gülüm, səndən doymaq olmaz.
Əlimdə narınc çağlaram
Gülab ilə tel yaşlaram
Getsən, gileylik başlaram.

O Eyvandan Bu Eyvana (Mahnı Sözləri)

O eyvandan bu eyvana
Nə baxırsan yana yana
Yar məni saldın ofsuna
Səndən ayrıla bilmirəm
Yardan ayrıla bilmirəm
Elə baxma yetim yetim
Ayağında ölüm itim
Ay şənliyim səadətim
Səndən ayrıla bilmirəm
Yardan ayrıla bilmirəm
Ürəyimdə yar həvəsi
Yenə tutub göy nəğməsi
Ay ömrümün bir dənəsi
Səndən ayrıla bilmirəm
Yardan ayrıla bilmirəm
Diğer Şarkıya geçiş
Qurban olum səni doğan anaya
Səni doğub salıb məni bəlaya
Çəkərəm nazını hərdən
Mənə sən naz eləsəndə
Qurban ollam nazına
Nazına avazına
Səni çoxdan sevirəm
Gəl gülüm gəl yarım görüm hardasan
Hansı vefadarın vefadarısan
Çəkərəm nazını hərdən
Mənə sən naz eləsəndə
Qurban ollam nazına
Nazına avazına
Səni çoxdan sevirəm

Ya Bir Ola, Ya İki (Mahnı Sözləri)

İsmi Pünhan, niyə məndən küsübsən,
Dost mehriban ya bir olar, ya iki.*
Bir gün ölsəm, hamı deyər, hayıfdır,**
Canı yanan ya bir olar, ya iki.
Sən şöləsən, mən çevrəndə fənaram,***
Bülbülünəm, gülşənindən kənaram.
Od tutuban hər məclisdə yanaram,
Dərdim qanan ya bir olar, ya iki.
Hilal qaşa nə layiqdir o sürmə,
Meylin qırıb üzün məndən çevirmə,****
Cümə deyər, hər yetənə sirr vermə,
Sirri bilən ya bir olar, ya iki.****

#ZakirƏliyev #atvmusic #TelliBorçalı

ATV kanallarına ABUNƏ OL:
ATV Music ► http://bit.ly/atvmusic-subs
ATV Show ► http://bit.ly/atv-subs
ATV Cinema ► http://bit.ly/atvcinema-subs
ATV Maqazin ► http://bit.ly/ATVmaqazin10larla-subs

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması