Qadınlarda Sidik Qaçırmanın Müalicəsi Belədir

Paylaş
23 İzlənmə
10 Ay Öncə

#demədidemə #sağlamlıq #qadın
Sağlam Qadın kanalı "De Media MMC"-nin nəzdində fəaliyyət göstərir.
Əməkdaşlıq üçün əlaqə: 055-362-49-69
Qadınlarda sidikqaçırma problemi daha çox 35 yaşın üzərindəki xanımlarda görülür. özəlliklə normal doğuşla övlad dünyaya gətirmiş qadınların əksəriyyətində sidik qaçırma probleminə rast gəlirik. Bəs bu xəstəlik necə yaranır? Ondan necə xila sola bilərik? Bu gün bunu biləcəksiniz
-----------
Sidikqaçırmanın 5 növü
Stres tipli sidik qaçırma
Ən çox rast gəlinən, gənclərdə daha çox rast gəlinəni stres (gərginlik) tipli sidik qaçırmadır. Bu qarın daxilindəki təzyiqin artması nəticəsindən, xüsusi ilə, asqırma, öskürmə, idman hərəkətləri edən zaman, ağırlıq qaldıran zaman az miqdarda sidik qaçırırlar. Qeyri iradi olaraq sidik qaçırma olur. Bu insanlarda, buna biz dediyimiz kimi stres tipli deyirik, bunun müalicəsi ancaq əməliyyatdır.
Bəzi hallarda sidik kisəsi sadəcə tək başına deyil, uşaqlıqla, uşaqlıq boynu ilə bərabər sallanmış ola bilir, və yaxud da bağırsaqla birlikdə sallanmış ola bilir. Əlbəttə ki, biz bunu ancaq müayinə edərək həkim bilir. Əməliyyatın genişliyi buna görə dəyişə bilər. Bu da qadınlarda olan şikayətə görə dəyişir.
Eyni zamanda vagina genişlənməsi, bağırsaq sallanması bərabərdirsə, bu qadınlarda daha çox cinsi əlaqə zamanı hava və ya qaz qaçırma kimi səslərin olması kimi hallarda sidik qaçırma ilə müşayət edən hallardır. Bu zaman əməliyyatda hər ikisi bərabər edilə bilir.
Bəs hər sidik qaçırmanın miqdarı azdırsa, yaxud nadir hallarda baş verirsə, Bu zaman isə nələr edə bilərik?
Ən asan və sadə üsul – kegel məşqləri dediyimiz məşqlər var. Əgər az miqdardadırsa, bunun qarşısını almaq mümkün dür. Amma yox, irəli səviyyədədirsə, müalicəsi sadəcə cərrahidir.
Sidik qaçırmanın digər bir növü daha çox yaşlı qadınlarda görülən, təcili sidiyə getmə tələbatı zamanı sidiyi saxlaya bilməməkdir. Yəni qadın sidiyinin gəldiyini hiss edir, lakin tualetə kimi çatdıra bilmir. Az miqdarda qaçırma olur. Bunun isə müalicəsi əslində ancaq dərman müalicəsidir. Bu insanlar cərrahidən fayda görmür. Ona görə hər sidik qaçırması olan qadınlara “cərrahi müdaxilə lazımdır” demək səhvdir. Hər sidik qaçırmanın mütləq şəkildə tipi müəyyən olunmalıdır.
Bəzi qadınlarda isə hər iki tip bərabər olur. Həm asqırıb öskürərkən olur, həm də tuvaletə çata bilməmə kimi şikayət olur. Buna miks tipli sidik qaçırma deyilir. Bu qadınların isə müalicəsi daha çox hansı şikayətin öndədirsə, ona görə müalicə edilir. Yəni stres tip öndədirsə, ona görə cərrahi müalicə, digəri öndədirsə, dərman müalicəsi seçilir.
Daşma tipli sidikqaçırma
Digər bir tip, sidik kisəsinin əzələ tonusunun itməsi nəticəsində əmələ gələn bir tip sidik qaçırmadır. Biz buna overflov və ya daşma tipində sidik qaçırma da deyirik. Bu xəstələr adətən sidiyin dolduğunu hiss etmirlər.
Onlarda daha çox sinir zədələnməsi olmuş olur. Xüsusilə şəkər xəstələri, multi skolioz xəstələri, onurğa beyin cərrahiyyəsi keçirmiş, onurğa sinir sistemində hər hansı bir problem olan insanlarda rast gəlinir.
Bunlar sidiyə sıxışdığını hiss etmir, az az miqdarlarda sidik qaçırırlar. Bunların diaqnostikasında daha çox sidiyə getdikdən sonra tam boşalmama hissinin olmasıdır. Bunların da müalicəsi əsas xəstəliyin müalicə etmək və lazım olan dərman müalicəsini etməklə olur.
Funksional tip sidikqaçırma
Bir də 5-ci tip dediyimiz, burda isə funksional tipdir. Burda əslində nə anatomik səbəb var, nə də bir funksional səbəb yoxdur. Sadəcə xəstənin psixolojik halı, psixolojik pozuntusu olan insanlarda rast gəlinir. Burda da şikayət hansı yöndədirsə, o yönə doğru müalicə etməklə xəstəliyin qarşısını almaq olur.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması