Ədalət Şükürov — İlahi, Bağışla Günahlarımı | Şeir

Paylaş
32 İzlənmə
6 Ay Öncə

Ədalət Şükürov tərəfindən Şamil Ənvəroğluya aid olan "İlahi, Bağışla Günahlarımı" şeirinin ifası.

Ədalət Şükürovun rəsmi YouTube kanalına abunə olmaq üçün: http://bit.ly/Edalet-Shukurov

Söz: Şamil Ənvəroğlu
Arxa fon musiqi: Дмитрий Сулей - Стих

Ədalət Şükürova YouTube-da abunə ol: https://mikpro.az/a.shukurovyt

http://instagram.com/adaletshukurov
http://www.adaletshukurov.com

Əlaqə üçün: info@adaletshukurov.com
http://adaletshukurov.com/az/contact.html

Ədalət Şükürovu sosial şəbəkələrdə izlə:
Instagram: https://mikpro.az/a.shukurovig
Facebook: https://mikpro.az/a.shukurovfb

Ədalət Şükürovu rəqəmsal platformalarda dinlə:
Keçid: https://mikpro.az/a.shukurov.dinle

Sözləri:

Xəyallar əl üstə gəzdirib məni
Şərə boyun əyib, əzdirib məni
Bu nazlı dünya da bezdirib məni
İlahi, bağışla günahlarımı.

Haqqımı yedilər, dinə bilmədim
Namərdin üzünə gülə bilmədim
Arzular da öləndə, ölə bilmədim
İlahi, bağışla günahlarımı.

İnsan tanrıya bəndəlik etmir
Ağlım da ürəyimlə düz yola getmir
İndi dualar da dadıma yetmir
İlahi, bağışla günahlarımı.

Bu həsrətə nə mən layiq, nə dən sən
Qismətimə özüm boyda həvəsəm
Vüsalına bircə kəlmə Hə desən
İlahi, bağışla günahlarımı.

Çılpaq gördüm dağı, daşı, aranı
Görən düzələr mi, şeytan vursa aranı?
Əbədilik məskən seçsəm oranı
İlahi, bağışla günahlarımı.

Vəfasız dünyada nizam pozulub
Niyə taleyimiz tərsə yozulub?
Bu açıq qəbirlər kimə qazılıb?
İlahi, bağışla günahlarımı.

Yaman kövrəlmişəm dəyməyin mənə!
Dost itkisi çox ağırdır deməyin mənə
Dostlar, ölməyi öyrətməyin mənə
İlahi, bağışla günahlarımı.

Bu videonun bütün hüquqları “mikpro” MMC tərəfindən qorunur. © 2022

Etiketlər:

#ƏdalətŞükürov​ #İlahiBağışlaGünahlarımı #mikpro

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması