Qarğıdalının bu hissəsinə DİQQƏT! - Bilmədiyiniz FAYDASI VƏ ZƏRƏRİ

Paylaş
5 İzlənmə
1 Ay Öncə

#BirBax #Qargidali #Mısır
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83

Dənizə kənarı yaxud rayona gedərkən yolun kənarında satılan qarğıdalını kim sevmir? Bu faydalı dənli bitkisi orqanizmə çox faydalı olduğundan xüsusilə də mövzümündə bol istifadə olunmalıdır. Lakin bəzi şəxslər yeməzdən əvvəl iki dəfə düşünüməlidir. Çünki faydalarıyla yanaşı bu dənli bitkinin bəzi xəstələrə zərərləri var. Bu gün bu məsəyə aydınlıq gətirəcəyik.

Bu kimi videoların davamı üçün bəyən düyməsinə basaraq bizə dəstək olun.

Qarğıdalı A, B, E, vitaminləri, dəmir, natrium, yod, fosforla zəngindir.

Qaraciyəri və ödə faydası

Öd və qaraciyər problemi olanlar təzə qarğıdalı yesələr, yüngüllük hiss edəcəklər. Çünki ödü qovur. Bişmiş qarğıdalı və saçaqları hepatit, öd kisəsi və öd axarları iltihabı zamanı effektivdir. Lakin öd daşı xəstəliyi zamanı çoxlu qarğıdalı yemək olmaz ki, bu xəstəliyin kəskinləşməsinə səbəb ola bilər. Qaraciyər xəstəlikləri olanlar bişmiş qarğıdalının üzərinə bir qədər kərə yağı çəkib yesələr daha dadlı və faydalı olar.

Bağırsaqlara faydası

Qəbizlik tənbəl bağırsaq sindoromundan da qaynaqlanır. Qarğıdalı dənli olduğu üçün kobud qidadır və bağırsaqların divarına təzyiq edərək, peristaltikanı aktivləşdirir. Ona görə qəbizlikdən əziyyət çəkən insanlara da lazımdır. Fermentativ tərkibi bağırsaqlarda bədxassəli şişlərin yaranması və böyüməsinn qarşısını alır

Mədəaltı vəzi xəstəliklərində xeyirlidir

Çox az adam və həkim bilir ki, təzə, sütül qarğıdalı dəmləməsi mədəaltı vəzə yüngül tənzimləyici təsir edir. Bunun üçün 7 gün ərzində gündə 1 stəkan qarğıdalı dənlərinin dəmləməsini içmək lazımdır. Bu, maddələr mübadiləsini tənzimləyəcək. Penkreatit və diabetli xəstələrə çox faydalıdır.

Ürək-damar sisteminə faydaları var

Tərkibində olan bir çox maddələr damarları möhkəmləndirir, eləcə də podaqra, nefrit zamanı ağrı tutmalarını azaldır. Dənələrində olan bol kalium ürək-damar sisteminə müsbət təsir edir, infarkt, insult və kardioloji problemlərdən qoruyur

uşaqların boyunu, sümüklərini uzadır

Qarğıdalı uşaqlara əks göstəriş deyil. 3 yaşından vermək olar. Körpənin aktivliyini artırır, böyüməsinə zəmin yaradır.

Cinsi həyata təsiri var

Qarğıdalı həm qadın, həm kişilərdə hormonal problemlərdə faydalıdır. Sonsuzluqdan və impotensiyadan müalicədə bol yeyilə bilər.

Depressiya və nevrozla mübarizə aparır

Tərkibində olan mikroelementlər antidepressant və sakitləşdirici təsir edib, sinir sistemini tənzimləyir. Əsəbi insanlara faydalıdır.

Hamiləlik və südverən analar üçün vacibdir

Qarğıdalı hamiləlikdə toksikozla mübarizə aparır, südverənlərdə isə laktasiyanı artırır.

İmmuniteti möhkəmləndirir

Müntəzəm qarğıdalı qəbul edənlərdə immunitet aktivləşir, bununla da infeksion xəstəliklər və viruslara qarşı dözümlülük yaranır.

Gözləri qoruyur, görməni itiləşdirir

Qarğıdalının tərkibində olan keratinoidlər görmənin itiliyi üçün vacibdir. Ona görə görməsi zəifləyənlər və yaşlı insanlar qarğıdalını bir qədər bol yesin.

Bəs qarğıdalı kimlərə qadağandır?

Qanın laxtalanmasında problemi, trombozu olanlara olmaz. Eləcə də çəkisi müxtəlif səbəblərdən azalanlar bu bitkini yeməsələr yaxşı olar. Kəskin mədə-bağırsaq xoralarında və köpü olanlara da məsləhət deyil.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması