Türkiyədən Azərbaycana gələn Hərbi Təyyarələrin İÇİNDƏ NƏ VAR?

Paylaş
7 İzlənmə
1 Həftə Öncə

#Turkiye #Azerbaycan #Qarabag
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Reaklam üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83
Azərbaycan ictimaiyyəti qardaş ölkənin ölkəmizdə hərbi baza qurmasını arzulayır, rəsmi məlumatlar isə fərqlidir...

Son günlər davamlı şəkildə Turkiyədən Azərbaycana hərbi təyyarələrin uçduğu, müxtəlif hava limanlarına enən təyyarələrin sayının hətta 40-a çatdığı barədə məlumatlar yayılmaqdadır.

Siz bir bax kanalındasınız. Diqqətiniz bizdə olsun!

Məlumatlardan biri belə idi ki, Kayseri şəhərindən havaya qalxan Türkiyə Milli Müdafiə Nazirliyinə məxsus “Airbus A400M Atlas” hərbi yük təyyarələri Azərbaycana istiqamətlənib. Hətta gün ərzində 7-ci təyyarənin Azərbaycanın hava məkanına daxil olduğu barədə sosial şəbəkədə paylaşımlar edilmişdi. Kayseridə Türkiyə Quru Qoşunlarının 1-ci əlahiddə xüsusi təyinatlı komando briqadası yerləşir. Güman olunurdu ki, qardaş ölkə Azərbaycanda hərbi baza qurur. Hətta bir sıra xarici media orqanlarında ölkəmizin üç şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə xəbərlər yayılıb.

Ancaq Azərbaycanın Müdafiə Nazirliyi bu xəbəri təkzib edib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Azərbaycan ictimaiyyəti isə Türkiyənin hərbi bazasının ölkəmizdə olmasını çox arzulayır. Əksəriyyət belə hesab edir ki, bu, hansısa güc mərkəzinin Azərbaycana qarşı xain planlarını önləmək üçün qabaqlayıcı və təsirli tədbir olar. Prezident İlham Əliyev hələ Qarabağda döyüşlərin getdiyi oktyabr günlərində Türkiyənin NTV televiziyasına müsahibəsində Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bu barədə mövqeyini ifadə etmişdi.

Sitat:

“Əgər Azərbaycan üçün çox ciddi təhlükə yaranarsa, təbii ki, Türkiyə bizim müttəfiqimizdir və biz bu imkanlardan istifadə edə bilərik. Amma Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılması haqqında hər hansı müzakirə olmayıb. Türkiyənin hərbi bazası ilə bağlı sentyabrın sonundan bu günə qədər beynəlxalq mediada kifayət qədər çox məlumatlar gedir. Bunun heç bir əsası yoxdur. Türkiyə-Azərbaycan əməkdaşlığı o qədər güclüdür, o qədər geniş şaxəlidir ki, biz istənilən anda bir-birimizin yanındayıq. Baza olsa da, olmasa da, biz Türkiyəyə güvənirik, Türkiyə isə bizə güvənir”.

Daha əvvəl isə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Türkiyənin Azərbaycanda hərbi baza qurması ilə bağlı bir sıra fərziyyələr səsləndirilir”, - deyə, bildirmişdi. Bütün bu mövqelər təbii ki, ciddiyə alınmalıdır. Ancaq yenə də Türkiyədən uçan hərbi təyyarələrlə bağlı məlumatların dövriyyədə olması mövzuya həssas yanaşma tələb edir.

Politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a bilririb:

Türkiyənin Azərbaycanda hərbi bazaları mütləq olmalıdır. Bu, Azərbaycanın təhlükəsizliyi və gələcək inkişafı üçün vacibdir. Biz Ermənistanla təkbaşına bacarırıq və müharibədə bunu sübut etdik. Ancaq qarşımızda başqa böyük güclər var. Onlara müqavimət göstərmək üçün strateji müttəfiqimizin hərbi bazaları Azərbaycanda olmalıdır. Azərbaycana təzyiq etmək istəyən dövlətlər məmləkətimizdə Türkiyənin hərbi varlığını qəbul edib bizimlə təzyiq dilində danışmaqdan vaz keçəcəklər.

politoloq Qafar Çaxmaqlı bildirir: 40 təyyarənin Azərbaycana girişi informasiyasının haradan alındığı bilinmir. Bunu yazan adam mütləq mənbə göstərməlidir. Türkiyə mətbuatında da belə məlumatlar yer almayıb. O yoxdursa, bu, şayiə hesab olunacaq”. Hərbi baza yaradılması məsələsinə gəlincə, Azərbaycanda bu, arzu edilir. Amma onu reallaşdırmaq üçün hüquqi prosedurlar olmalıdır. Müdafiə Nazirliyi bunu təkzib edirsə, demək ona inanmaq lazımdır.

Musavat.com

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun