Sidikdə qan bu xəstəliklərin xəbərçisidir - MÜTLƏQ BAXIN

Paylaş
5 İzlənmə
1 Həftə Öncə

Sidikdə qan olması.
Sidikdə qan olması, daha doğrusu sidikdə eritrositlərin, yəni qırmızı qan hüceyrələrinin olması hematuriya adlanır. Normal halda sidiyin mikroskopik müayinəsi zamanı görmə sahəsində 1 – 2 eritrositin olması norma hesab oluna bilər. Eritrositlərin miqdarının sidikdə artması, sidikdə qan olması deməkdir. Sidikdə qanın miqdarından asılı olaraq mikrohematuriya və makrohematuriya ayırd edilir. Makrohematuriyada sidiyin rəngi çəhrayı yaxud qırmızı olur, laxtalar da ola bilər. Mikrohematuriyada isə sidiyin rəngi dəyişmir, adi sidik rəngində olur. Əgər sidikdə qan gözlə müəyyən olunursa makrohematuriya, gözlə müəyyən olunmadığı və yalnız mikroskop altında müəyyən olunarsa mikrohematuriya adlanır. Hematuriya bir sıra xəstəliklərdə müşahidə olunur. ( Sidikdə qan olması )

Sidikdə qan olması, sidiyin qanlı olması, hematuriya müalicə, qanlı sidik. Sidikdə qan olması çox ciddi haldır. Uroloq ziyad Əliyev Bakıda.

Hematuriyanın böyrək yumaqcıqları ilə əlaqəli olan və olmayan iki forması mövcuddur. Böyrək yumaqcıqları böyrəyin mikroskopik funksional hissəsidir, sidiyin əmələ gəlmə prosesi məhz böyrək yumaqcıqlarında gedir. Bir böyrəkdə milyona yaxın yumaqcıq olur. Əgər hematuriya böyrək yumaqcıqları ilə əlaqədardırsa adətən xəstədə xarakterik əlamətlər olur. Bunlara bədəndə şişkinliyin ( ödemin ) olması, sidiyin miqdarının azalması, yüksək arterial təzyiq, sidik analizində isə yüksək miqdarda zülal və eritrositar slindirlərin olması aiddir. Yumaqcıqla əlaqədar olmayan yaxud qeyri qlomerulyar hematuriya isə uroloji xəstəliklər üçün xarakterdir.

Bunlara aiddir:

böyrək, sidik axarı və sidik kisə daşları.

böyrək, sdik kisə, prostat vəzin xoşxassəli və bədxasəli şişləri.

iltihabı xəstəliklər, vərəmi, böyrək sallanması ( nefroptoz ), böyrəkdə kistaların olması və.s.



( Sidikdə qanın (qan) olması )

Uretroragiya və sidikdə qan
Uretroragiya, sidik ifrazı olmadan sidik kanalından qanın axmasıdır. Əsasən sidik kanalının travmaları üçün xarakterdir. Əgər sidiyin qanlı olması sidik ifrazının axırında müşahidə olunursa ( üçüncü stakana sidik ifrazının axırında 10 – 15 ml sidik götürülür ) buna terminal yaxud son hematuriya deyilir. Terminal hematuriya sidik kisə və prostat vəzin kəskin iltihabı, sidik kisə daşı, sidik kisə və prostat xərçəngi, prostat vəzin adenoması üçün xarakterdir. Ola bilir ki, hematuriya bütün sidik ifrazı boyu ( hər üç stakanda – bu zaman ikinci stakana sidiyin orta porsiyasından 50 – 100 ml sidik götürülür ) müşahidə olunur və buna total hematuriya deyilir. Total hematuriya böyrək xəstəlikləri ( böyrək və sidik axarı daşı, böyrək və sidik axarı şişləri ) və travmaları üçün xarakterdir. Ola bilir ki, sidik axarlarının qruluşuna müvafiq olaraq ipə yaxud iyəbənzər uzunsov formada laxtalar da müşahidə olunsun. ( Sidikdə qan olması )

Böyrək sancısı olan xəstələrdə çox tez-tez sidikdə qan ola bilir. Sidikdə qan böyrək sancısı ilə müşahidə olunan digər xəstəliklərdə də ola bilər. Əgər sidikdə qanın olması böyrək sancısından sonraya təsadüf edirsə deməli böyük ehtimalla sancının səbəbi sidik daşıdır. Əgər sidikdə qan sancıdan əvvəl yaranıbsa deməli xəstədə böyrək sancısının səbəbi sidik axarının qan laxtası yaxud kazeoz kütlə ( böyrək vərəmi zamanı böyrək toxumasının dağılması, destruksiyası zamanı yaranan kütlə ) ilə tutulması ola bilər. Belə hallar daha çox dağılma mərhələsidə olan böyrək şişləri və böyrək vərəmi zamanı rast gəlinir.

Bəzən hematuriya intensiv olduqda sidik kisəsi qan laxtası ilə dolur, buna sidik kisəsinin tamponadası deyilir. Tamponada zamanı sidik ifrazı çətinləşir yaxud mümkün olmur. Müalicəsi təcili olaraq sidik kisəsini laxtadan təmizləmək, sidik ifrazını bərpa etmək və qanaxmanı dayandırmaqdan ibarətdir. Sidik kisəsini laxtadan təmizlənməsi adətən sidik kanalından keçməklə endoskopik yolla mümkün olur, bəzən isə açıq əməliyyata ehtiyac qalır.



Sidikdə qanın səbəbləri. Sidikdə qanın (qan) olması

sidik daşı xəstəliyi ( böyrək, sidik axarı, sidik kisəsi daşı )
Sidikdə qan olması, sidiyin qanlı olması, hematuriya müalicə, qanlı sidik. Sidikdə qan olması çox ciddi haldır. Uroloq ziyad Əliyev Bakıda.

Böyrəklər və sidik yolarında infeksion iltihabı xəstəliklər ( sistit, pielonefrit )
Böyrəklər, sidik axarı, sidik kisəsinin travmalarında
Böyrəklər, sidik kisə, prostat vəzin şişlərində ( prostat adenoması və xərçəngində, sidik kisə və böyrək şişlərində )
Böyrəklər, sidik sidik kisə, prostat vəzin vərəmində
Böyrəklərin polikistoz xəstəliyində
Qanın laxtalanmasına təsir göstərən bir sıra dərman preparatlarının qəbulundan sonra
Mikrohematuriya həmçinin ağır fiziki işdən sonra və uzun məsafə qaçdıqda yaxud ağır işlə, idmanla məşğul olduqdan sonra yarana bilər.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması