Hər Gün 1 Aspirin İçsəniz - Görün Nələr Baş Verir

Paylaş
16 İzlənmə
2 Ay Öncə

#BirBax #Azerbaycan #aspirin
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83

Aspirin - yəqin ki çoxlarınız bu dərmandan istifadə etmisiz. Qədimdə həkimlər müəyyən yaş həddini keçən insanlara hər gün aspirin qəbul etməyi tövsiyə edilirdi. Bəs, görəsən elm bu haqda nə deyir? Hər gün aspirin qəbul etmək nəyə faydalıdır? Zərəri varmı?

Aspirinin əsas tərkibi olan salisil turşusu söyüd ağacının qabığından əldə edilir. Bu vasitə min illərdir qızdırmanı salmaq və ağrını kəsmək məqsədilə istifadə olunub. Hippokratın bu dərmanı revmatizm və qadınlarda doğuş sonrası qızdırma, iltihablanma zamanı istifadə etdiyi yazılı mənbələrdə qeyd olunub. Tarix boyunca bir çox həkim söyüd qabığı ekstraktını müxtəlif xəstəliklərin müalicəsində uğurla istifadə edib.

1897-ci ildə alman kimyagər Feliks Hofman (Felix Hoffman) söyüd ağcının qabığından əldə edilən salisil turşusunu daha stabil hala gətirə blmək üçün maddəni kimyəvi emaldan keçirir. Nəticədə, asetilsalisilli turşusu əldə edir. Bu maddənin tibbdə uğurla tətbiqini görən Hoffman 1899-cu ildə asetilsalisilli turşusunu aspirin adıyla patentləşdirdi. Beləcə, hazırda “dünyanın ən çox istifadə edilən dərmanı” statusunda olan aspirin insan həyatına daxil oldu.

Hofman salisil turşusunu asetilsalisilli turşusu halına gətirərkən fərqində olmadan dərmana qandurulducu xüsusiyyət qazandırmışdı. İllərlə aspirin istifadə edən insanlarda qanaxmaya meyillilik müşahidə edilmiş, bundan sonra müxtəlif elmi araşdırmalar aparılmış, aspirinin bu xüsusiyyəti təsdiqlənmişdir. Qızdırmanı salan və ağrını kəsən aspirini “super dərman” edən də məhz bu xüsusiyyətidir.

Aspirin “XX əsrin ən önəmli 10 icadı” siyahısında yer alır. Onun xüsusiyyətlərini belə sıralamaq olar:

Ağrıkəsici (analgetik);

Qızdırmanı salan (antipiretik);

Soyuqdəymə əleyhinə (antiinflamatuar);

Laxtalanma əleyhinə (antitrombotik);

Xərçəng əleyhinə (antikanserogen);

İndi isə aspirinin qandurulducu və infarkt əleyhinə xüsusiyyətləri haqqında daha ətraflı məlumat alaq.

Damarlarda daralmalara və tıxanıqlığa səbəb olan ateroskleroz infarktın ən birinci səbəbidir. Buna damar sərtləşməsi də deyilir. Adı üstündə: damarların elastikliyi azalır, damarların daxili divarlarında yığıntılar əmələ gəlir, divarlar aşınmağa başlayır. Daxili divarları zədələnmiş, daralmış damarlar qan hüceyrələrinin laxtalanması üçün zəmin hazırlayır. Bu hadisə ürək damarlarında baş verərsə infarkta, beyin damarlarında olarsa iflicə səbəb olur. Damar sərtləşməsindən əziyyət çəkən insanlarda qan laxtalanmasının qarşısını alan ən önəmli dərman aspirindir.

Aterosklerozla əlaqəli ürək xəstəlikləri son illərdə “ölüm səbəbləri” siyahısında ön cərgələrdən birində qeyd olunmaqdadır. 45 yaşdan yuxarı hər bir kişi, 50 yaşından sonra hər bir qadın potensial koronar arteriya xəstəsidir. 60 yaşdan sonra ateroskleroz beyin damarlarını “işğal edir”, bu da əksərən iflicə səbəb olur. Buna görə də, tibb dünyası müəyyən yaşdan sonra hər kəsə kiçik dozada gündəlik aspirin qəbulu tövsiyə edirdi. Bu doz 81-100 mq arasındadır.

Son illərdə aparılan elmi araşdırmalar ürək xəstəliyi olmayan, sağlam insanlarda bəribaşdan ehtiyat üçün qəbul edilən aspirinin ürək xəstəliyinin qarşısını almadığını müəyyən edib. Digər tərəfdən, aspirin istifadəsinin, xüsusilə, yüksək təzyiqdən əziyyət çəkənlərdə müxtəlif səbəblərlə yaranacaq qanaxma riskini 4% artırdığı məlum olub. Dolayısı ilə, qoruyucu dəyəri olmayan bir vasitənin qanaxma riskini 4% artırması təhlükəli sayıldı. Bu səbəblə, Amerikan Ürək Dərnəyi (American Heart Association-AHA) rəsmi tövsiyə açıqladı. Tövsiyədə deyilirdi: “Ürək xəstəliyi olmayan sağlam insanlar aspirin istifadə etməməlidir.”

Mövzunun xülasəsini ələ alsaq, aspirin istifadə etməzdən əvvəl nələrə diqqət edilməsi gərəkdiyini belə sıralamaq olar:

-mədə-bağırsaq traktatında heç bir problem olmadığından əmin olunmalıdır;

-ürək-damar sistemində hər hansı narahatlıq və ya xəstəlik olmayan insanların aspirindən istifadə etmələrinə ehtiyac yoxdur;

-ailəsində koronar arteriya xəstəliyi olan 45 yaşdan yuxarı kişilərin, 50 yaşdan yuxarı qadınların aspirin istifadə etməsi faydalı ola bilir;

-ailədə kimsə beyin damarlarının tıxanıqlığı nəticəsində iflic keçiribsə, həmin ailənin üzvlərinin aspirin istifadə etməsi faydalı ola bilir;

-ürək-damar xəstəliyindən əziyyət çəkənlərin aspirin və ya daha güclü qandurulduculardan istifadəsi labüddür;

-müəyyən vaxtdan sonra şəkər xəstələrində “diabetik angiopatiya” xəstəliyi əmələ gəlir. Buna görə, şəkər xəstələrinin də qandurulducu kimi aspirindən istifadə etməsində fayda vardır;

-ailəsində bağırsaq xərçənginə tutulan varsa, yaxud kiminsə bağırsağında “polip” yaranıbsa, həmin insanların da aspirin istifadə etməsi faydalıdır;

Amma qeyd etməliyəm ki, bu tövsiyələr ümumidir. Aspirindən istifadə etməzdən əvvəl tibbi tarixçənizə vaqif olan həkimlə məsləhətləşsəniz, sağlamlığınızla bağlı daha düzgün qərar vermiş olarsınız.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması