Aytac Vəlibəyli - Bütün tənha adamlar - Həmin Zaur

Paylaş
9 İzlənmə
1 Ay Öncə

Söz: Orxan Bahadırsoy
Səs: Aytac Vəlibəyli
Piano: Rasim Əsgərov

"Bütün tənha adamlar"

Tanrıdan yoluxmuşuq
bu çarəsiz təkliyə.
Bir adam gözləyəsən,
o da gəlmək bilməyə...

Bu xain gecələrin
qırıq yelkəni ki var,
orda bir-bir boğulur
bütün tənha adamlar.

İçki sinə yandırır,
tütün boğaz göynədir.
Bir adamın içində
bu boyda səs-küy nədir?

Bir sığala göz dikən
saçların darxmağı
soruşar, hardan tapdın
bu dəli tənhalığı?

Dərmanlar kəsə bilmir
içindəki ağrını.
Bütün tənha adamlar
bağışlasın tanrını.
Copyright © ARB TV

ARB TV kanalına abunə olun: https://bit.ly/3jXlQkC

Sayt: http://arbtv.az
Facebook: https://www.facebook.com/arbtelevision
Instagram: https://www.instagram.com/arbtv.az
Teleqram: https://t.me/arbtvaz
Twitter: https://twitter.com/arbtv_az

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması