APTEKƏ GETMƏYİN - Baş Ağrısı, Təzyiq, Böyrəkləri DƏRMANSIZ SAĞALDIR

Paylaş
8 İzlənmə
4 Gün Öncə

#BirBax #Quşəppəyi #BaşAğrısı
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83

Başımızda yaranan xoşagəlməz ağrı. Bəzən bunu çox da ciddiyə almırıq. Keçib gedəcək deyib, həyatımıza davam edirik. Lakin bu halı qəti olaraq ciddiyə almaq lazımdır.

Başımızda bizi narahat edən ağrılar müxtəlif xəstəliklərin məhz ilkin əlamətidir. Bu xəstəliklər beyinlə, ürəyə gedən damarlarla daha çox əlaqəli olur. Əksər hallarda bu ağrılar yüksək təzyiq ilə müşahidə edilir. Bu mütəmadi hal aldıqda hətta görmənidə zəiflədə bilir.

Başda yaranan ağrıları bəzi hallarda müxtəlif təzyiq salan, yaxud ağrıkəsici dərmanlar ilə müalicə etməyə çalışırıq. Amma unutmayın ki, bu orqanizmə əks təsir göstərə bilər.

Aptekə getmədən, müxtəlif bahalı dərmanlardan istifadə etmədən bu haldan necə qurtulmaq olar? Videoya diqqətlə, sona kimi baxın, bu gün möcüzə bir bitki ilə tanış olacaqsınız.

Dəyərli izləyicilər bu kimi videoların davamı üçün videomuzu bəyənib, şərh yazıb, kanalımıza abunə olmağı unutmayın.

Yəqin ki kənd yerində yaşayanlar quşəppəyi ilə tez tez rastlaşır. Həyətyanı sahələrdə, meşəlik ərazilərdə qarşımıza çıxan quşəppəyi min bir dərddin dərmanı imiş. Bəzən alaq otu zənn edərək zibilliyə atılan quşəppəyinin əslində bir çox xəstəliyə faydası var.

Təzyiqi aşağı salır, baş ağrısı zamanı çox effektivdir, mədə bağırsaq pozulan zaman imdadımıza çatır, sakitləşdirici təsirə malikdir, Qara ciyərin işini tənzimləyir, həzm sistemini normallaşdırır, damarların işini düzəldir və sairə.

Başda narahatedici küyü aradan qaldırmaq üçün quşəppəyindən möcüzəvi qarışımı çox asanlıqla hər biriniz düzəldə bilərsiniz. Bunun üçün bizə nə lazımdır? Bir çay qaşığı quşəppəyi bitkisinin yarpaqları və bir stəkan su.

Hazırlanma qaydası çox sadədir.

Bunun üçün axşamdan bir stəkan soyuq suyu quşəppəyi yarpaqlarının üzərinə tökün. Səhər həmin qarışımı süzgəcdən keçirin. Vəssalam qarışım hazırdır. Bu qarşışmı gündə 4 dəfə, cəmi iki qaşıq olmaqla qəbul edin. Yeməkdən 30 dəqiqə əvvəl içmək şərtdir.

Təqdim edəcəyimiz ikinci reseptdə çox sadədir. İkinci üsul üçün yenə də bizə bir stəkan su və bir çay qaşığı quşəppəyi lazımdır.

Hazırlanmasını təqdim edirik.

Qaynanmış bir stəkan suyu 1 çay qaşığı quşəppəyinin üzərinə tükürük. Yarım saat gözlədikdən sonra qarşım istifadəyə hazırdır. Bir stəkanı 4 hissəyə bölüb gündə 4 dəfə, yeməkdən yarım saat əvvəl qəbul edirik. 4-cünü yatmazdan əvvəl içirik.

Bu bitki bir neçə ildir həm də tibb aləminə ayaq açmış, müxtəlif dərmanların hazırlanmasında istifadə edilir. Quşəppəyinin böyük özəlliyi qanaxmanı anında dayandırması hesab olunur. Bu şəfalı bitkinin həm yarpaqları, həm də toxumları vitamin mənbəyidir desək, yanılmarıq. 100 qram quşəppəyinin təzə yaşıl yarpağında 300 milliqram C vitamini var, toxumların isə 35 faizi yağdan ibarətdir. Köklərindən isə zəncəfil əvəzi istifadə etmək olar.

Bu bitkidən hazırlanan çay da min bir dərdin dərmanı hesab edilir. Bitki eyni zamanda dəmir, kalsium, fosfor, potasium və B vitamini ilə zəngindir. Bu bitki həmçinin ağciyər xəstəlikləri üçün də əsas çarə hesab edilir. Bitkinin yarpaqlarından gündəlik mətbəxdə salatların hazırlanmasında da istifadə edilir.

Xalq təbabətində quşəppəyi bitkisinin (toxumla birlikdə) cövhərindən hazırlanmış məlhəmlə hamilə qadınlarda uşaqlıq yolu qanaxmasına qarşı (tampon qoymaqla) istifadə edirlər. Aybaşı pozulmaların yaxşı təsir edən bitki, aybaşı zamanı yaranan ağrıları da aradan qaldırmağa kömək edir.

Quşəppəyi bitkisi həmçinin babasil ağrılarını azaltmaqda təsirlidir. İsti su ilə qarışdırılaraq hazırlanan vanna təkcə ağrılar deyil, babasilin səbəb olduğu qanaxmaları azaltmağa kömək etdiyi iddia edilir.

Quşəppəyinin menapauzaya girən qadınlar üçün faydalı olduğu düşünülür. Bu dönəmdə qadınlar rahatlaşdırıcı təsiri səbəbiylə quşəppəyi çayı içə bilərlər.

Faydalı xüsusiyyətlərinə görə, Quşəppəyi İbrahim ‌Saraçoğlu kimi mütəxəssislər tərəfindən də tövsiyə edilir. Diş ağrısını kəsməkdə çox effektli təsirə malik olan Quşəppəyi çayı həm də boğaz ağrısına xeyirdir.

Sidikqovucu təsiri ilə də tanınan Quşəppəyi bitkisi böyrəklər üçün də faydalıdır. O, əzələ sisteminə müsbət təsir edir, bəzi əzələ pozğunluqlarını aradan qaldırmağa kömək edir.

Faydalı xüsusiyyətlərinin çox olmasına baxmayaraq, bəzi şəxlər bu bitkidən uzaq dursalar yaxşıdır. Allergiyaya meyilli olanlar, həmçinin hamilələr bu bitkidən istifadə etməməlidir.

Quşəppəyi çayı necə dəmlənilir?

Quşəppəyi çayını hazırlamaq üçün üçün ilk növbədə bir stəkan qaynadılmış su lazımdır.

Bu suya bir çay qaşığı xırda doğranmış quşəppəyi otu əlavə edilir. Dəm alması üçün 10 dəqiqə gözləyin. Sonra süzülüb, ilıq halda içilir. Eyni otu yenidən dəmləmək olmaz. Hər dəfə yeni bir ot istifadə edilməlidir. Quşəppəyi çayını çayını gündə iki dəfədən artıq, 10 gündən çox içmək tövsiyə olunmur.
#otlar #sağlamlıq #birbax #trend #bitkiçayı #çay #saglamliq #bitkilər #təbii #faydalı

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması