Tural Abbaslı ilə ölkə gündəmi: Toylara icazə, Köçəryana sual, müxalifətimizə sualtı qayıq - "Canlı"

Paylaş
4 İzlənmə
1 Ay Öncə

#TVMusavat #abunəolun

Toylara icazə verildi – Azərbaycan Covidi yendimi? Toy mövsümü neçə ay davaem edəcək? "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib. Çoxdan gözlənilən qərar verildi. Amma çoxlu suallar, çoxlu da qaydalar-qadağalarla.

İndi də ”Noldu, Köçəryan?” deyirik! Ermənistandakı parlament seçkisində Köçəryanın bu cür fərqlə uduzması Kremlin məğlubiyyəti kimi izah edilir. Rusiya exit-polları seçkilərdə Robert Köçəryanın “Hayastan” blokunu "qalib" çıxarıbmış. Ermənistan seçicisi Köçəryanı seçməməklə Rusiyayönümlü siyasətdən imtina etdi, yoxsa yeni müharibə perspektivlərindən? Moskva çox istəsəydi Köçəryanı baş nazir edə bilərdimi? Rusiya Köçəryanın müxalifət olmasından necə istifadə edə bilər? Paşinyan yenidən “Soros”un nəzarətindəmi çalışacaq, yoxsa Rusiya ilə tam anlaşma içərisindədir? Qərbin Paşinyanın qələbəsindən çıxarları nə olacaq? Suallardan daha biri, daha tərsi - Rusiya istəməsəydi Paşinyan qalib gələ bilərdimi? Bu tərs sualın da cavabını düzünə verən ekspertlər var. Onların fikrincə, məhz Putin yola Paşinyanla davam etmək istədi. Ona görə də xüsusi maneçilik törədilmədi, qələbəsinin qarşısı kəsilmədi. Rusiya ictimai rəyi və hətta dövlət strukturları bir yana, Putin və prezidentin ən yaxın ətrafı belə bir siyasət yürütdü və istədiyini aldı.


REAL müxalifətə “sualtı qayıq” taktikası təklif edir.
REAL funksioneri Natiq Cəfərli müxalifətə yeni mübarizə taktikası təklif edib. Nəymi. o təklifin mahiyyəti?

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması