İrandakı Seçkidə Qutudan Ərdoğanla Əliyevin Adı Çıxdı - Tehran Şokda

Paylaş
10 İzlənmə
1 Ay Öncə

Kanal Bəxtiyar Əlirzayevə məxsusdur
***
Bu cür materialların davamlı olmağını istəyirsinizsə, kanala abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Diqqətiniz bizim üçün çox önəmlidir.

İranda keçirilən prezident seçkilərində qalibin adı məlum olub.
Mühafizəkar namizəd İbrahim Rəisi seçkilərdə qalib gəlib.
Bəs qonşu ölkənin 13-cü prezidenti İbrahim Rəisi əslində kimdir? On minlərlə insanı niyə edama göndərib? Bütün bunlardan başqa, İranda seçki qutularından niyə Türkiyə prezidenti Ərdoğanla, Azərbaycan prezidenti İlham Əliyevin adı çıxırdı?
Öncə təzə prezidentin kimliyindən başlayaq. İbrahim Rəisi 14 dekabr 1960-cı ildə Məşhəd şəhərində anadan olub. 1980-ci ildə dini təhsil alıb, karyerasını İslam İnqilabından sonra yeni hüquq sistemində qurmağa başlayıb. 1985-ci ildə yaşamaq üçün Tehrana köçüb və burada şəhər prokurorunun müavini vəzifəsinə təyin edilib. 1988-ci ildə İran xalqının Mücahidləri Təşkilatının üzvləri daxil olmaqla hakimiyyət əleyhdarlarının edamının təşkilində iştirak edib. O, "ölüm komissiyaları" adlandırılan iclaslarda oturan və on minlərlə insanı edama göndərən dörd hakimdən biri olub.
1989-1994-cü illərdə Tehran prokuroru vəzifəsində çalışıb. 1994-cü ildə İranın Baş Müfəttişliyinin rəisi vəzifəsinə qədər yüksəlib. 2004-cü ildə İran prokurorunun müavini təyin edilib. 2005-ci ildə Prezident Mahmud Əhmədinejad Raisiyə təhlükəsizlik naziri vəzifəsini təklif edib, lakin o, imtina edib. 2014-cü ilin avqust ayında İbrahim Rəisi İranın Baş prokuroru olub. 2016-cı ilin mart ayında bu vəzifədən istefa verib və İslam dünyasının ən zəngin fondlarından biri olan Astana-i Quds Rəzəviyə rəhbərlik etməyə başlayıb.
2017-ci ilin may ayında İran prezidentliyinə namizədliyini irəli sürüb, Həsən Ruhaniyə məğlub olub. İranın yeni prezidenti mühafizəkar bir din xadimidir, Ali lider Ayətullah Xameneinin həmyerlisi, eyni zamanda yaxın adamı hesab olunur. Həmçinin, Qərb əleyhinə çıxışları ilə tanınan Rəisi iki il əvvəl ABŞ-ın sanksiya siyahısına daxil edilib.
Professor Qubad İbadoğlu İrandakı seçkiləri qiymətləndirərkən qeyd edib ki, Rəisinin seçiləcəyi əvvəlcədən bəlli idi. Yeni prezidentin yeni siyasət yeridəcəyini isə gözləməyə dəymir, əksinə onun mövcud siyasəti daha da avtoritarlaşdıracagı ilə bağlı iddialar var. İbrahim Rəisi əvvəlki fəaliyyətlərində İranda insan haqlarının kütləvi pozulmasına məsul olan əsas şəxs kimi həm yerli və həm də beynəlxalq ictimaiyyətin yaddaşında pis əməlləri ilə qalıb. Onun 1980-ci illərdə Xalq mücahidlərinə qarşı etdiklərini hələ də xatırlanır. Odur ki, yeni prezident indidən beynəlxalq təşkilatların arzuolunmaz şəxslərinin siyahısına daxil edilib.
Əvvəlcədən nəticə bəlli olduğuna görə İran seçkilərində fəallıq çox aşağı olub. Bir çox xarici media qurumlarında yer alan xəbərlərə görə Güney Azərbaycanda xalq sekçiyə inanmadığı üçün, qatılım da çox aşağı olub. Onların fikrincə, bu seçki deyil, təyinatdı. Rəisini Ali dini lider əvvəlcədən prezident təyin edib. Xalqın seçkiyə getməsi isə heç nəyi dəyişmir, görüntü xatirinə edilir.
Güneyli soydaşlarımızın mövqeyini göstərən detallardan biri də sosial şəbəkələrdə sürətlə paylaşılan bu fotolardı. Fotolarda görünür ki, seçici namizdələr siyahısında olanların heç birini işarələməyib, əvəzində Ərdoğanın və İlham Əliyevin adlarını yazıb.
Bu isə Vətən Müharibəsində qazandığmız qələbə və bir neçə gün öncə Şuşada Türkiyə-Azərbaycan arasında bağlanan hərbi müttəfiqlik sazişi ilə əlaqələndirlir. Bildirlir ki, yeni saziş Güney Azərbaycan inanılmaz ruh yüksəkliyi ilə qarşılanıb.
Daha bir videomuzun sonuna gəldik.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması