Ədalət Şükürov — Biri Vardı, Biri Yox | Şeir

Paylaş
33 İzlənmə
6 Ay Öncə

Ədalət Şükürov tərəfindən Nüsrət Kəsəmənliyə aid olan "Biri Vardı, Biri Yox" şeirinin ifası.

Ədalət Şükürovun rəsmi YouTube kanalına abunə olmaq üçün: http://bit.ly/Edalet-Shukurov

Söz: Nüsrət Kəsəmənli
Arxa fon musiqi: "The Lyrical Piece" (Eldar Mansurov)

Ədalət Şükürova YouTube-da abunə ol: https://mikpro.az/a.shukurovyt

http://instagram.com/adaletshukurov
http://www.adaletshukurov.com

Əlaqə üçün: info@adaletshukurov.com
http://adaletshukurov.com/az/contact.html

Ədalət Şükürovu sosial şəbəkələrdə izlə:
Instagram: https://mikpro.az/a.shukurovig
Facebook: https://mikpro.az/a.shukurovfb

Ədalət Şükürovu rəqəmsal platformalarda dinlə:
Keçid: https://mikpro.az/a.shukurov.dinle

Sözləri:

Olan olub, keçən keçib bəlkə də
İndi daha kövrəlməyin yeri yox.
Vallah elə ömür boyu belə gəlib mənimki
Əvvəlindən biri vardı, biri yox..

Uzaqdaydı mən istəyən ocaqlar,
Urəyimdən gəldi keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox..

Gözlərimə doldurmuşam yağışı,
Bir köynəkdə çıxarmışam mən qışı.
Şalvar-pencək geyinərdi tay-tuşum,
Məndə isə biri vardı, biri yox..

Üzüm güldü tələbəyəm deyəndə,
Sıxınırdım dost pencəyi geyinəndə.
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.

Qəlbim yandı ilk sevgimdən, eşqimdən,
Dara düşdüm, əl ummadım heç kimdən.
Məclislərdə can deyib can eşidən..
Dostlarımdan biri vardı, biri yox..

Mən orduya nələr görüb getmişdim,
Ürək alıb, ürək qırıb getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda isə biri vardı, biri yox..

Uzaq gəzdi əmi, dayı, bibilər
Vallah elə mənə sözarası a bala, "evlən" dedilər.
Nişan üçün məndən iki şey istədilər,
Məndə biri vardı, biri yox..

Vaxt gələcək bu günü görəcəksən
Sən də çox suala gözünü döyəcəksən
Vaxt gələcək elə sən özün də deyəcəksən
Deyəcəksən: “biri vardı, biri yox!”

Bu videonun bütün hüquqları “mikpro” MMC tərəfindən qorunur. © 2022

Etiketlər:

#ƏdalətŞükürov​ #BiriVardıBiriYox #mikpro

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Veb Saytların hazırlanması